Bizə qoşulun:
RU
Əsas səhifəİT təqaüd proqramı

atb bankın Rauf Əliyev adına təqaüd proqramı

ATB tərəfindən tələbələrin təlim nailiyyətlərinin yüksəldilməsini stimullaşdırmaq və dəstəkləmək məqsədi ilə, təhsil üzrə göstəriciləri yüksək olan tələbələr üçün, Vətən
müharibəsində şəhid olmuş həmkarımız Rauf Əliyevin xatirəsinə xüsusi təqaüd təsis edilmişdir.

Bu sosial proqramda informasiya texnologiyaları yönümlü ixtisaslar üzrə təhsil alan, aztəminatlı ailənin üzvü olan, çalışqan, 2-ci və 3-cü kurs tələbələri iştirak edə bilər. Proqramda iştirak etmək niyətində olan tələbələr aşağıda qeyd edilən məlumatları təqdim etməklə iştirak üçün müraciət edə bilərlər.

  • Tələbəninadı soyadı və atasınınadı, ş/v məlumatları
  • Tələbənin qeydiyyatda olduğuvə faktiki ünvanı
  • Təhsil aldığı universitet, ixtisas və kurs barədə məlumat
  • Son 2 semestr üzrə yüksək qiymətləri (minimum 80 bal) təsdiq edən sənəd
  • Tələbə ilə əlaqə vasitəsi (telefon və e-mail)
  • Tələbə tərəfindən proqramda iştirak səbəbini bildirən kiçik (1 səhifəlik) müraciət
  • İnformasiya Texnologiyaları sahəsində tələbəlik dövründə hazırlamış olduğunuz məhsul barədə məlumat

Proqram çərçivəsində ali məktəbin və ATB nümayəndələrinin birgə iştirakı ilə seçilən tələbələrə 2022-ci ili əhatə edən tədris dövrü üzrə hər ay (3 aylıq yay tətilini çıxmaq şərti ilə) Bank tərəfindən təqaüd veriləcəkdir.

Müraciətlər 31 yanvaradək qəbul edilir

İstəyimiz mükəmməl olmaqdır!
Xidmət və məhsulları inkişaf etdirməyimiz və Sizə özəl təkliflər hazırlamağımız üçün
onlayn sorğunu keçməyinizi və ya istəklərinizi qeyd etməyinizi xahiş edirik.
Bu sayt istifadəçilərə maksimum rahatlıq yaratmaq üçün cookie fayllar və digər bənzər texnologiyalardan istifadə edir. Saytdan istifadəyə davam edərək Siz cookie faylların istifadəsinə razılıq vermiş olursunuz.