Ödənişlər zamanı nağd pul əməliyyatları azalır, hər ödəniş üçün nağd pulun tələb olunması, ödənişdən sonra pulun qalığının geri qaytarılması kimi problemlər aradan qaldırılır
Şirkət rəhbərliyi xərcləri daha asan şəkildə izləyə bilir. Hər ödəniş üçün kart istifadəçisindən izahat tələb etməyə ehtiyac qalmır. Hesabdan müntəzəm çıxarışlar yaranmış xərclər haqqında daha ətraflı məlumat verir. Xəzinadarlıq və mühasibat işçilərinin vaxtına qənaət etmiş olur
Xarici ölkələrə ezamiyyətlər zamanı gömrük məntəqəsində kartda olan vəsaitin bəyannamədə göstərilməsinə ehtiyac qalmır. Xarici ölkələrdə pul vəsaitinin saxlanılması, onun qorunması, digər valyutalara çevrilməsi problemi olmur
Biznes məhsullar və xidmətlər üzrə +994553000945 WhatsApp nömrəsinə yazmağınızı xahiş edirik.