Azər Türk Bank, Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun müvəkkil kredit təşkilatı olaraq, COVID-19 pandemiyasından zərər çəkmiş sahibkarlara yeni kreditlərin verilməsi, bu kreditlər üzrə dövlət zəmanətinin alınması və həmin kreditlər üzrə faizlərin subsidiyalaşdırılması prosesinə başlamışdır.
Sözügedən yeni kreditlərin 60%-dək hissəsinə dövlət zəmanətin verilməsi, həmçinin həmin kreditlərin illik faiz dərəcəsinin 50%-i dövlət tərəfindən subsidiyalaşdırılması nəzərdə tutulur.
Biznesinizin pandemiyadan zərər çəkmiş sahələrin iqtisadi fəaliyyət növlərinə aid olduğunu buradan yoxlaya bilərsiniz.
Kiçikhəcmli kreditlər | 5 000 – 50 000 AZN | 3 ilədək |
Ortahəcmli kreditlər | 50 001 – 1 000 000 AZN | 5 ilədək |
Böyükhəcmli kreditlər | 1 000 001 – 10 000 000 AZN | 10 ilədək |
Güzəşt müddətində sahibkarlıq subyektləri yalnız faiz borclarını ödəyir, əsas borc üzrə isə hər hansı ödəniş həyata keçirmirlər.
Elektron platformada 2 müraciət forması tətbiq edilir | Müraciətlərə baxılma müddəti |
---|---|
Sürətli kreditlər (200 000 AZN-dək) | maks. 7 iş günü |
Ənənəvi kreditlər ( 200 000 AZN-dən çox) | maks. 10 iş günü |
Qeyd olunan mexanizmin tətbiqində sahibkarlıq subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının daha da asanlaşdırılması, kredit sifarişlərinə qısa zaman ərzində baxılması, müraciətlərin qəbulu, kredit təşkilatları və Sahibkarlığın İnkişafı Fondu tərəfindən zəruri təhlillərin aparılması və qərarların sahibkarlara çatdırılması kimi proseslər İqtisadiyyat Nazirliyi tərəfindən hazırlanan və ilk dəfə tətbiq olunan Elektron Kredit Platforması (www.e-edf.gov.az) vasitəsilə həyata keçirilir.
Belə ki, dövlət zəmanəti ilə verilən krediti əldə etmək istəyən sahibkar Elektron Kredit Platformasına (www.e-edf.gov.az) zəruri məlumatları daxil edir, müvəkkil kredit təşkilatını seçir və biznes-planına uyğun olaraq kredit məbləğini qeyd etməklə müraciətini təsdiqləyir. Sahibkarlıq subyektinin müraciətinə sürətli kredit forması (200.000 manatadək) üzrə 7 iş günü, ənənəvi kredit üzrə isə 10 iş günü ərzində baxılır.
Sahibkar kredit platforması – məlumat
Sahibkar kredit platforması – təqdimat
Biznes məhsullar və xidmətlər üzrə +994553000945 WhatsApp nömrəsinə yazmağınızı xahiş edirik.