Bizə qoşulun:
RU
Korporativ müştərilər üçün kreditlər
Faktorinq xidmətləri
Ödəyicini gözləmədən, mal və xidmət dəyərinin 90%-dək hissəsini Bankdan dərhal əldə edin
Tariflər və şərtlər

Faktorinq – hüquqi şəxslərə və fərdi sahibkarlara göstərilən maliyyə xidmətinin bir növüdür

 

“Faktorinq” kredit xətti bankda xidmət olunan, müsbət və uzunmüddətili əməkdaşlıq və maliyyələşmə tarixçəsinə malik, bazarda müəyyən paya və nüfuza malik korporativ müştərilər üçün nəzərdə tutulmuşdur

 

  • Müddət: 24 ayadək
  • Valyuta: AZN
  • Girov: Kontragentlərə olan pul tələbləri

 

Maksimal Məbləğ: Təminatsız – Müştərinin bankda olan illik hesab dövriyyəsinin 10%-i həcmində, Təminatlı – qanunvericilik və Bankın daxili qaydaları və tələbləri çərçivəsində

 

Bankın hüquqi şəxslər və fərdi sahibkarlar üçün bu və ya digər xidmətlərindən istifadə edə bilmək üçün onlayn hesab açın.

Kreditin üstünlükləri

Fərdi qaydada
Fərdi qaydada
komissiya haqqı
24 ay
24 ay
müddətinə
Fərdi qaydada
Fərdi qaydada
faiz dərəcəsi

Kreditin onlayn sifarişi

Borcalana tətbiq ediləcək faiz və komisyon dərəcələri minimal səviyyədə bir sıra faktorlara uyğun müəyyən edilir

 

  • Bankda olan xidmət tarixçəsi, dövriyyəsi və gəlirliyi
  • Kredit tarixçəsi və mövcud öhdəliklər yüklülüyü
  • Bankda təminat qismində çıxış edən girovların mövcudluğu
  • Bazarda payı, şirkətin nüfuzu və sair

 

Kontragent – Borcalan (Bankın müştərisi) ilə minimum 1 il ərzində əməkdaşlıq edən, bu müddət ərzində ən azı 3 dəfə Borcalanın Bankda olan hesabına vəsait köçürən iş partnyorları

 

Bu partnyorun fəaliyyəti, biznes nüfuzu Bank tərəfindən müsbət qiymətləndirilməsi və şübhə doğurmamalıdır. Partnyor heç bir halda borcalana bağlı, aidiyyatı və törəmə şirkət ola bilməz.

 

* Kredit AZN valyutasında təklif edilir
Onlayn sifariş
İstəyimiz mükəmməl olmaqdır!
Xidmət və məhsulları inkişaf etdirməyimiz və Sizə özəl təkliflər hazırlamağımız üçün
onlayn sorğunu keçməyinizi və ya istəklərinizi qeyd etməyinizi xahiş edirik.
Bu sayt istifadəçilərə maksimum rahatlıq yaratmaq üçün cookie fayllar və digər bənzər texnologiyalardan istifadə edir. Saytdan istifadəyə davam edərək Siz cookie faylların istifadəsinə razılıq vermiş olursunuz.