RU

Google Pay™
ilə təmassız ödənişlər

təhlükəsiz və sürətli

Google Pay Android istifadəçiləri üçün təmassız ödəniş üsuludur

 

Smartfonunuz sizinlədirsə, pulqabına və ya karta ehtiyac duymadan təhlükəsiz ödənişlər edin

üstünlüklər

təmassız
təmassız
Google Pay ödəniş üsulunu və təmassız ödənişləri dəstəkləyən hər yerdə istifadə edin
sürətli
sürətli
rahat ödəniş üçün sadəcə smartfonu yaxınlaşdırın
təhlükəsiz
təhlükəsiz
Google Pay ilə kart məlumatlarınız qorunur və ödənişləriniz tam təhlükəsizdir

Google Pay-ə nəcə qoşulmaq olar?

1
kart seçin

atb360 mobil tətbiqində Google Pay (Google Wallet)-ə əlavə edəcəyiniz kartı seçin

2
Google Pay-ə əlavə edin

“Google Pay-ə əlavə et” (Add to Gpay) düyməsinə klikləyin

3
təsdiqləyin

istifadə şərtləri ilə tanış olduğunuzu və qəbul etdiyinizi təsdiq edin

necə ödəniş etmək olar?

smartfon
telefonunuzun kilidini açın və terminala yaxınlaşdırın, səs siqnalını eşidənədək gözləyin
smartfon
saat
Google Wallet-i açın, saatı terminala yaxınlaşdırıb səs siqnalını eşidənədək gözləyin
saat
onlayn ödəniş
bu funksiyanı dəstəkləyən tətbiqlərdə və veb-saytlarda ödəniş etmək üçün sifariş zamanı Google Pay seçin
onlayn ödəniş

FAQ

Google Pay-də əsas ödəniş kartını necə əlavə edə bilərəm?
Google Pay-ə ilk əlavə edilən kart əsas kartdır. Əgər birdən çox kart əlavə etmisinizsə, istənilən zaman əsas kartı dəyişə bilərsiniz.
Google Pay-i NFC funksiyalı ATM-lərdə istifadə etmək mümkündürmü?
bəli, Google Pay-i aktivləşdirdikdən sonra cihazınızı NFC funksiyasını dəstəkləyən ATM-ə yaxınlaşdırın. Kartın PIN kodunu daxil etməklə kart hesabınızdan pulu məxaric edə bilərsiniz.
bir cihazda bir neçə kartı Google Wallet-a əlavə etmək olarmı?
bəli, Siz bir Android cihazında bir neçə kartı Google Wallet-a əlavə edə bilərsiniz.
kartı Google Wallet-a əlavə etmək üçün komissiya haqqı tələb olunurmu?
xeyr, kartınızı Google Wallet-a əlavə edərkən heç bir komissiya haqqı tutulmur.
kart məlumatlarım paylaşılırmı?
xeyr, Google Pay-ə əlavə edilmiş kartlara aid məlumatlar cihazınızda saxlanılmır və 3-cü şəxslərlə paylaşılmır.
İstəyimiz mükəmməl olmaqdır!
Xidmət və məhsulları inkişaf etdirməyimiz və Sizə özəl təkliflər hazırlamağımız üçün
onlayn sorğunu keçməyinizi və ya istəklərinizi qeyd etməyinizi xahiş edirik.
Bu sayt istifadəçilərə maksimum rahatlıq yaratmaq üçün cookie fayllar və digər bənzər texnologiyalardan istifadə edir. Saytdan istifadəyə davam edərək Siz cookie faylların istifadəsinə razılıq vermiş olursunuz.