Bizə qoşulun:
RU
Əsas səhifəMəlumatların açıqlanması

Məlumatların açıqlanması

İllik hesabatlar (auditor rəyi)
Maliyyə məlumatı
Digər maliyyə məlumatı

Azər Türk Bank ASC-nin Dividend siyasəti

Bankın dividend siyasəti onun prinsiplərini, dividendin məbləğinin hesablanması metodunu, dividendlərin ödənilməsi (elan edilməsi) qərarının qəbul olunma və onların verilməsi barədə qaydalarını müəyyən edir. 
Dividend siyasəti aşağıdakı prinsiplərə əsaslanır:ədalətlilik – dividendlərin məbləği, onun verilmə qaydaları haqda məlumatın əldə edilməsi üçün bütün səhmdarların bərabər hüquqla təmin edilməsi;

şəffaflıq – dividend siyasətinin həyata keçirilməsində, habelə dividendlərin məbləği və ödənilməsi qərarının qəbul edilməsində iştirak edən tərəflərin məsuliyyəti və öhdəlikləri haqqında informasiyanın aydınlaşdırılması və müəyyən edilməsi;

əsaslandırma – Bankın strateji inkişaf  və investisiya proqramının nəzərə alınması şərti ilə, dividendlərin məbləği və ödənilməsi haqqında qərarın yalnız müsbət maliyyə nəticələri əldə edəcəyi halda qəbulunu müəyyən edir;

vaxtlı vaxtında – dividendlərin ödənişi müəyyən edilmiş müddət çərçivəsində;

Dividend ödənişləri etmək qərarının verilməsi qaydaları

Dividend ödənişləri, onun məbləği və ödəniş metodu barədə qərar Səhmdarların Ümumi Yığıncağında qəbul olunur.
Dividendlərin ödənilməsi haqda qərarın qəbul edilməsi və dividendlərin verilməsində Bank Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə əsaslanır.

Banka verilmiş reytinqlər

Hazırda beynəlxalq reytinq şirkətləri tərəfindən Banka reytinq verilməmişdir.

Bankın buraxdığı digər investisiya qiymətli kağızları mövcud deyil.

Bankın törəmə təsərrüfat cəmiyyətləri mövcud deyil.

Hazırda Bankın xarici valyuta ilə bağlı riskin qarşısının alınması məqsədilə istifadə edilən hecinq alətləri mövcud deyil.

İcimai layihələr – olub olmadığı haqda

İdarəetmə orqanlarının hər bir üzvünə verilən ödənişlərin ümumi məbləği – ödəniş olmayıb

İstəyimiz mükəmməl olmaqdır!
Xidmət və məhsulları inkişaf etdirməyimiz və Sizə özəl təkliflər hazırlamağımız üçün
onlayn sorğunu keçməyinizi və ya istəklərinizi qeyd etməyinizi xahiş edirik.
Bu sayt istifadəçilərə maksimum rahatlıq yaratmaq üçün cookie fayllar və digər bənzər texnologiyalardan istifadə edir. Saytdan istifadəyə davam edərək Siz cookie faylların istifadəsinə razılıq vermiş olursunuz.