“Azər Türk Bank” ASC-də fiziki şəxslər üçün Azərbaycan manatı, ABŞ dolları, Avro, Rus rublu, Türk Lirəsi, İsveçrə Frankı və Funt Sterlinqdə cari hesabların açılması mümkündür. Hesabların açılması və onlar üzrə əməliyyatların aparılması rejimi Azərbaycan Respublikasının qanunvericiliyinə və Bankın daxili qaydalarına uyğun olaraq həyata keçirilir
Fiziki şəxslər aşağıdakı xidmətlərdən faydalana bilərlər
- Yuxarıda göstərilmiş valyutalarda cari hesabların açılması
- Ölkə daxilində və xaricə köçürmələr
- Hesaba nağd və nağdsız qaydada vəsaitlərin köçürülməsi
- Hesabdan nağd vəsaitlərin çıxarılması
- Hesabdan əməliyyatlar üzrə arayış və çıxarışların, ödəniş sənədlərinin surətinin əldə edilməsi
- Valyuta alışı və satışı üzrə çoxvalyutalı əməliyyatların aparılması
- Məsləhət xidmətləri
- İnkassasiya xidmətləri – müştəri ilə bağlanmış müqaviləyə uyğun olaraq nağd vəsaitlər və qiymətlilər bir ünvandan digərinə (o cümlədən müştərinin ofisindən Banka və geriyə) aparılır
Bankın hesablaşma sistemi filiallararası köçürmələri saniyələr içərisində və pulsuz həyata keçirməyə imkan verir. Ölkədaxili və xaricə nağdsız köçürmələr Azərbaycan manatı və başqa valyutalarda həyata keçirilir
Hesabların açılması və onlar üzrə aparılmış əməliyyatlara görə xidmət haqqı “Azər Türk Bank” Açıq Səhmdar Cəmiyyətinin tariflərinə uyğun olaraq tutulur
Cari hesabların açılması üçün fiziki şəxslərdən aşağıdakı sənədlər tələb olunur
- Hesabın açılması üçün Ərizə (Bank tərəfindən təqdim olunur)
- Bank hesabın açılması üçün Müqavilə (Bank tərəfindən təqdim olunur)
- Şəxsiyyəti təsdiq edən sənəd (sənəddəki məlumatlar imza nümunəsi vərəqəsində göstərilənlərə uyğunluğu yoxlanılır, bankda saxlanılması üçün sənədin surəti çıxarılır və sənəd geri qaytarılır)
- İmza nümunəsi vərəqəsi (Bank tərəfindən təqdim olunur)