Bizə qoşulun:
RU
Əsas səhifəFərdi müştərilər üçün xidmətlərValyuta mübadiləsi əməliyyatları

Valyuta mübadiləsi əməliyyatları

Azər Türk Bank müştərilər üçün valyuta mübadiləsi əməliyyatları üzrə aşağıdakı xidmətləri təklif edir

  • Mövcud məzənnə ilə xarici valyutanın alışı və satışı
  • Xarici valyutaların mövcud məzənnə ilə konvertasiyası
  • Milli və xarici valyutada emissiya edilmiş ödəniş kartı ilə xarici valyutanın nağdlaşdırılması
  • Milli və xarici valyutada emissiya edilmiş ödəniş kartı ilə milli valyutanın nağdlaşdırılması
  • Pul nişanlarının mübadiləsi

“Azər-Türk Bank” ASC-də nağd xarici valyuta mübadiləsi əməliyyatları aşağıdakı kateqoriyalara bölünmüşdür:

500 USD-dək

Əməliyyat aparılacaq məbləğin Azərbaycan Respublikası Mərkəzi Bankının Elektron Portalı vasitəsilə bankımızda və digər banklarda əvvəllər (eyni gündə və ya müxtəlif günlərdə) aparılmış əməliyyatların cəmi 500 USD-dən az olduğu müəyyən edilərsə, əməliyyat yalnız şəxsiyyət vəsiqəsi vasitəsilə həyata keçirilir (bank qəbzi imzalanır).

500 USD ekvivalentindən 20 000 AZN ekvivalentinədək

Əməliyyat aparılacaq məbləğin Azərbaycan Respublikası Mərkəzi Bankının Elektron Portalı vasitəsilə bankımızda və digər banklarda əvvəllər (eyni gündə və ya müxtəlif günlərdə) aparılmış əməliyyatların cəmi 500 USD-dən çox lakin 20 000 AZN-dən ekvivalentindən az olduğu müəyyən edilərsə, şəxsiyyət vəsiqəsi təqdim edilməklə, müştəri pul vəsaitinin mənbəyi barədə şifahi sorğu əsasında məlumatlar daxil edilir və müvafiq sənədlərin (bank qəbzi və Müştərini Tanı Anketi) imzalanması həyata keçirilir.

20 000 AZN ekvivalentindən çox

Əməliyyat aparılacaq məbləğin Azərbaycan Respublikası Mərkəzi Bankının Elektron Portalı vasitəsilə bankımızda və digər banklarda əvvəllər (eyni gündə və ya müxtəlif günlərdə) aparılmış əməliyyatların cəmi 20 000 AZN ekvivalentindən çox olduğu müəyyən edilərsə, şəxsiyyət vəsiqəsi ilə yanaşı pul vəsaitinin mənbəyini təsdiq edən sənəd tələb edilir. Sənədlər qaydasında olduqda, mübadilə olunacaq məbləğ bankda hesaba yerləşdirilir, təqdim edilmiş sənədlər 3 gün ərzində yoxlamadan keçdikdən sonra əməliyyatın icrasının mümkün olacağı barədə müştəriyə məlumat verilir və müştəri pul vəsaitinin mənbəyi barədə məlumatlar daxil edilir və müvafiq sənədlərin (bank qəbzi və Müştərini Tanı Anketi) imzalanması həyata keçirilir.

 

Valyuta mübadiləsi zamanı fiziki şəxslər üçün vəsaitin mənbəyini təsdiq edən sənədlərin siyahısı:

  1. Daşınmaz əmlakın alqı-satqısı müqaviləsi
  2. Daşınar əmlakın alqı-satqısı müqaviləsi
  3. Əmək haqqı  və təqaüd hesabından bank çıxarışı
  4. Qiymətli kağız (səhm, istiqraz) satışını təsdiq edən sənəd
  5. Alınmış divident
  6. İcarə və ya kirayə müqaviləsi
  7. Vərəsəlik haqqında sənəd
  8. Sahibkarlıq gəlirini təsdiq edən elektron vergi bəyannaməsi
  9. Digər
İstəyimiz mükəmməl olmaqdır!
Xidmət və məhsulları inkişaf etdirməyimiz və Sizə özəl təkliflər hazırlamağımız üçün
onlayn sorğunu keçməyinizi və ya istəklərinizi qeyd etməyinizi xahiş edirik.
Bu sayt istifadəçilərə maksimum rahatlıq yaratmaq üçün cookie fayllar və digər bənzər texnologiyalardan istifadə edir. Saytdan istifadəyə davam edərək Siz cookie faylların istifadəsinə razılıq vermiş olursunuz.