Risk və gəlirlilik səviyyəsi arasında optimal nisbətə nail olmaqla bank maliyyə risklərinin effektiv idarə olunmasına böyük önəm verir.
Bankın risklərin idarə edilməsi sistemi Azərbaycan Respublikası qanunvericiliyindən, beynəlxalq standartlardan və müvafiq sahədə ən mükəmməl təcrübədən irəli gələn prinsiplər əsasında qurulur. Bankda kapital adekvatlığının qiymətləndirilməsi üzrə daxili prosedurlar tətbiq edilir, stress-testlər həyata keçirilir, mövcud risklər üzə çıxarılır və onlar gələcək fəaliyyət planında nəzərə alınır.
Lazımi infrastrukturu və informasiya sistemlərinin inkişafını təmin etməklə, eləcə də daxili kredit riski modellərini nəzərə almaqla Bank risklərin idarə edilməsinə yanaşmalarını təkmilləşdirir.
Azər Türk Bank maliyyə risklərini nəzərə almaqla risk menecmenti sisteminin qurulması təcrübəsini tətbiq edir, bir sıra əhəmiyyətli risklərin, o cümlədən qeyri-pərakəndə kredit risklərinin, kontragentlərin kredit risklərinin, pərakəndə kredit risklərinin, bazar risklərinin, əməliyyat risklərinin, likvidlik risklərinin, faiz risklərinin, bank əməliyyatı risklərinin və s. idarə olunmasına xüsusi diqqət ayırır.
Bankda risklərin idarə olunması üç müstəqil istiqamətə əsaslanan, maraqlar münaqişəsinin olmaması tələbini nəzərə alan və risklərə görə məsuliyyət bölgüsünü təmin edən konsepsiyaya əsaslanır.
Bank risklərin ağırlıqlı qiymətləndirilməsini həyata keçirir, qəbul edilən risklərin limitlərini müəyyənləşdirir, risk səviyyələrinin ölçülməsi məqsədilə monitorinqlər aparır, nəzarət prosedurları reallaşdırır və qəbul edilmiş risklər üzrə hesabatlılığı təmin edir.
Bankda risklərin ikinci istiqamət çərçivəsində idarə olunması müstəqil şəkildə fəaliyyət göstərən müvafiq Departament tərəfindən həyata keçirilir. Bu struktur bölmə bankda qurulmuş risk menecmenti sisteminin işləkliyinə, risklərin idarə olunmasına, bu sahədə vahid prinsip və metodların müəyyənləşdirilməsinə, qiymətləndirmələrin aparılmasına, məlumatların Bank rəhbərliyinə təqdim olunmasına görə məsuliyyət daşıyır.
Baker Tilly
www.bakertilly.az
“Azər Türk Bank” ASC-də risklər aşağıdakı qruplara bölünür:
“Azər Türk Bank” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətində mövcud olan kredit risklərinin səmərəli idarə edilməsi məqsədilə Kredit Komitəsi, likvidliyin və vəsaitlərin səmərəli idarə edilməsi üçün Aktiv və Passivləri İdarəetmə Komitəsi və digər risklərin idarə edilməsi məqsədilə mövcud daxili komitələrin fəaliyyətlərini əlaqələndirən Riskləri İdarəetmə Komitəsi fəaliyyət göstərir.
15.000 AZN/USD/EUR/GBP
ilkin madaxillə