Hörmətli həmvətənlər,
Torpaqlarımızın azad olunması uğrunda şücaətlə döyüşən şanlı ordumuza dəstək üçün Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli 755 nömrəli Fərmanı ilə yaradılmış Silahlı Qüvvələrə Yardım Fonduna Hökümət Ödəniş Portalı vasitəsilə vəsait köçürə bilərsiniz.
Fondun əsas maliyyə mənbəyi hüquqi və fiziki şəxslərdən könüllülük əsasında daxil olan vəsaitdir.