Hörmətli həmvətənlər,
Prezident İlham Əliyevin 8 dekabr 2020-ci il tarixli Fərmanı ilə yaradılmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fonduna (“YAŞAT” Fondu) Hökümət Ödəniş Portalı vasitəsilə onlayn qaydada köçürmə edə bilərsiniz.
Fond əlilliyi müəyyən olunmuş hərbi qulluqçular və şəhid olmuş şəxslərin ailə üzvlərinin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi üçün şəffaf, effektiv və əlçatan platformanın formalaşdırılması məqsədilə yaradılmışdır.