Dövlət bankı Azər Türk Banka məxsus atb debit kart, yeni nəsil atb əmək haqqı kartı və atb premium kart hesablarındakı qalıq vəsaitinə hesablanan faiz dərəcəsi ilə bağlı kampaniyanın müddətinin artırılması barədə qərar verilib.
Kampaniya dövründə Bankın müştəriləri kart hesablarındakı qalığa görə illik 8% gəlir əldə edəcəklər.
Bankın atb card debit və atb yeni nəsil əməkhaqqı kartları üzrə qalıq məbləğinin 30 000 manatadək olan hissəsinə, atb card premium üzrə qalığın 100 000 manatadək olan hissəsinə faiz hesablanacaq.
Faiz gündəlik hesablanaraq hər ay müştərinin hesabına əlavə olunur.
Kampaniya 2025-ci il 30 sentyabr daxil olmaqla, həmin tarixədək davam edəcək.