bankımızın xəbərləri

bankımızın xəbərləri

ATB-nin dəstəyi ilə uşaqlar Qarabağı ziyarət etdilər

ATB “Əlil Körpələrə Yardım” İctimai Birliyi ilə birgə sağlamlıq imkanları məhdud uşaqlar və onların valideynləri üçün Qarabağa ekskursiya təşkil etdi. Səfər çərçivəsində iştirakçılar Xankəndi, Şuşa və Ağdam şəhərlərində olublar, tarixi və mədəni məkanları ziyarət ediblər. İki günlük proqram müddətində uşaqlar üçün müxtəlif gəzinti və istirahət imkanları yaradılmış, onların xoş və yaddaqalan vaxt keçirmələri təmin edilmişdir. […]

27.10.2026

Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb

Dövlət bankı Azər-Türk Bankın rəhbərliyi Vətən müharibəsində şəhid olmuş həmkarları Rauf Əliyevin anım günü münasibətilə onun məzarını ziyarət edib. Qəhrəman şəhidimizin əziz xatirəsi dərin ehtiramla yad edilib, məzarı üzərinə əklil qoyulub və gül dəstələri düzülüb. Göstərdiyi şücaətə görə igid əsgərimiz ölümündən sonra Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamları ilə “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və […]

22.10.2026

ATB-nin xalis mənfəəti 62% artıb

ATB 2026-cı ilin doqquz ayını əsas maliyyə göstəriciləri üzrə artımla başa vurub. Bankın xalis mənfəəti, gəlirləri, aktivləri, kredit və depozit portfelləri, eləcə də kapitalı və kapitalın gəlirlilik əmsalı yüksəlib. Xalis mənfəət 15,2 milyon manata çatıb 2026-cı ilin ilk doqquz ayında Bank 15,2 milyon manat xalis mənfəət əldə edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə […]

15.10.2026

Azər Türk Bank biznes subyektlərinə sürətli və girovsuz bank qarantiyaları təklif edir

Müştərilərin rahatlığını hər zaman ön planda tutan dövlət bankı Azər Türk Bank, sahibkarlar və korporativ müştərilər üçün bank qarantiyalarının verilməsi prosesini maksimum dərəcədə sadələşdirib. Bank biznes tərəfdaşlarına ölkədaxili Tender, İcra, Avans və Keyfiyyət qarantiyalarını daha qısa müddətdə, çevik və sərfəli şərtlərlə təklif edir. İndi biznes sahibləri maliyyə və zaman itkisi olmadan, sadələşdirilmiş qiymətləndirmə sistemi sayəsində […]

12.10.2026

Azər Türk Bank nümayəndələri beynəlxalq konfransda iştirak ediblər

Dövlət bankı Azər Türk Bankın nümayəndə heyəti ABŞ-nin Mayami şəhərində SWIFT tərəfindən təşkil olunmuş “SIBOS 2026” sərgi-konfransında iştirak edib. “Süni intellektə əsaslanan iqtisadiyyatlarda rəqəmsal maliyyə” builki tədbirin əsas mövzusu olub. Tədbir çərçivəsində Bankın nümayəndələri JP Morgan, Citi Bank, Bank of New York Mellon (BNY), Mizuho Bank, Standard Chartered, SWIFT və 20-dək digər qlobal və regional […]

08.10.2026

Banklar strateji layihələrlə beynəlxalq kapital arasında körpü rolunu oynaya bilər

Dövlət bankı Azər Türk Bank Alman – Azərbaycan Xarici Ticarət Palatasının (AHK Azərbaycan) təşkilatçılığı ilə Bakıda keçirilən Alman – Azərbaycan Strateji Tərəfdaşlıq və Bağlantılar Konfransında eksklüziv platinum tərəfdaş qismində iştirak edir. Tədbirdə Almaniya və Azərbaycanın dövlət qurumlarının, biznes dairələrinin, beynəlxalq maliyyə institutlarının və digər təşkilatların nümayəndələri iştirak edirlər. Konfrans “Orta Dəhliz boyunca infrastruktur, nəqliyyat, logistika, […]

06.10.2026

Xəzər sahilində bir araya gəldik

Ümumdünya Təmizlik Günü çərçivəsində ATB-nin təşəbbüsü ilə Bankın əməkdaşları və ASAN könüllüləri Xəzər dənizinin sahilində təmizlik aksiyasını həyata keçirib. Aksiyada Sumqayıt şəhər İcra Hakimiyyətinin nümayəndələri də iştirak edib. ATB-nin ESG layihəsi çərçivəsində həyata keçirilən təşəbbüs ətraf mühitə məsuliyyətli yanaşmanın təşviqinə və ekoloji dəyərlərin dəstəklənməsinə töhfə verir.

24.09.2026

“atb talent” təcrübə proqramı uğurla başa çatdı

Dövlət bankı Azər Türk Bank cari ilin iyun-sentyabr ayları ərzində həyata keçirdiyi “atb talent” təlim-təcrübə proqramı başa çatmışdır. Proqram çərçivəsində təcrübəçilərin peşəkar və praktiki biliklərinin inkişaf etdirilməsi məqsədilə ümumilikdə 13 təlim təşkil edilmişdir. Təcrübəçilər növbəli şəkildə Korporativ Bankçılıq, İnvestisiya Mərkəzi, Premium xidmətlər və Biznes Proseslərinin İdarə Edilməsi istiqamətlərinin hər birində iştirak etmiş, həmçinin təyin olunmuş […]

23.09.2026

Azər Türk Bank və “YAŞAT” Fondu arasında birgə əməkdaşlıq sənədi imzalanıb

Qarşılıqlı əməkdaşlığın əsas istiqamətlərini müəyyən edən sənəd “Azər-Türk Bank” ASC-nin İdarə Heyətinin sədri Günel Nəbiyeva və “YAŞAT” Fondunun rəhbəri Elvin Hüseynov tərəfindən imzalanıb. Azər Türk Bank tərəfindən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu – “YAŞAT” Fonduna dəstək göstəriləcəyi sənəddə öz əksini tapıb. Razılaşmaya əsasən, tərəflər Fondun şəhid övladları […]

18.08.2026

Kart əməliyyatları üzrə dəyişiklik barədə məlumat

Kart sahibi olan müştərilərimizin diqqətinə çatdırırıq ki, 1 avqust 2026-cı il tarixindən etibarən rəqəmsal ödənişlər sahəsində təhlükəsizliyin və şəffaflığın gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində kart əməliyyatları üzrə müəyyən dəyişikliklər tətbiq edilir. Belə ki, Card to Card vasitəsilə bir gün ərzində maksimum 5 mədaxil əməliyyatı, aylıq ümumi məbləğ üzrə 20 000 AZN limit müəyyən edilib. […]

01.08.2026