Bizə qoşulun:
RU
Əsas səhifəXeyriyyəçilik

Xeyriyyəçilik

Silahlı Qüvvələrə Yardım Fondu

Hörmətli həmvətənlər,

Torpaqlarımızın azad olunması uğrunda şücaətlə döyüşən şanlı ordumuza dəstək üçün Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli 755 nömrəli Fərmanı ilə yaradılmış Silahlı Qüvvələrə Yardım Fonduna Hökümət Ödəniş Portalı vasitəsilə vəsait köçürə bilərsiniz.

Fondun əsas maliyyə mənbəyi hüquqi və fiziki şəxslərdən könüllülük əsasında daxil olan vəsaitdir.

 

“YAŞAT” Fondu

Hörmətli həmvətənlər,

Prezident İlham Əliyevin 8 dekabr 2020-ci il tarixli Fərmanı ilə yaradılmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fonduna (“YAŞAT” Fondu) Hökümət Ödəniş Portalı vasitəsilə onlayn qaydada köçürmə edə bilərsiniz.

Fond əlilliyi müəyyən olunmuş hərbi qulluqçular və şəhid olmuş şəxslərin ailə üzvlərinin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi üçün şəffaf, effektiv və əlçatan platformanın formalaşdırılması məqsədilə yaradılmışdır.

 

Qarabağ Dirçəliş Fondu

 

Ölkəmizin işğaldan azad edilən ərazilərinin bərpası və yenidən qurulması məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 4 yanvar 2021-ci il tarixli fərmanına əsasən Qarabağ Dirçəliş Fondu yaradılmışdır

Qarabağın yenidən dirçəlməsinə və həmin ərazilərdə müasir həyatın təmin edilməsinə Siz də dəstək olmaq istəyirsinizsə, aşağıdakı keçidə daxil olaraq Fonda ianə edə bilərsiniz

Qarabağ Dirçəliş Fonduna ianə et

 

İstəyimiz mükəmməl olmaqdır!
Xidmət və məhsulları inkişaf etdirməyimiz və Sizə özəl təkliflər hazırlamağımız üçün
onlayn sorğunu keçməyinizi və ya istəklərinizi qeyd etməyinizi xahiş edirik.
Bu sayt istifadəçilərə maksimum rahatlıq yaratmaq üçün cookie fayllar və digər bənzər texnologiyalardan istifadə edir. Saytdan istifadəyə davam edərək Siz cookie faylların istifadəsinə razılıq vermiş olursunuz.