FAQ

müştərilərimizin rahatlığı üçün bank məhsulları və xidmətləri haqqında vacib məlumatlar bu səhifədə yerləşdirilmişdi

əgər lazımi məlumatı tapa bilmədinizsə, bunu bizə bildirməyinizi xahiş edirik

xidmətlər

  • bank tərəfindən hansı hüquqi xidmətlər təklif edilir?

    bankımız hüquqi dəstəyə ehtiyacı olan korporativ müştərilərinə uğurlu başlanğıc, şəffaf və qanuni fəaliyyət üçün tərəfdaşı 24 saat və distant rejimdə hüquq xidmətləri göstərən “Avropa Hüquq Xidməti” şirkətinin xidmətlər paketindən tam ödənişsiz olaraq faydalanmağı təklif edir

    məhdudiyyətsiz sayda:

    • biznes məsələləri ilə bağlı şifahi hüquqi məsləhətlər
    • şəxsi məsələlərlə bağlı şifahi hüquqi məsləhətlər
    • danışıqların hüquqşünasa etibar edilməsi
    • nümunəvi sənədlərin hazırlanması üzrə təlimatlar

    digər xidmətlər ən azı 10% endirimlə həyata keçirilir

    xidmət paketindən müştərinin təyin etdiyi üç nəfər istifadəçi yararlana bilər

    sözügedən xidməti əldə etmək üçün müvafiq qoşulma ərizəsinin doldurularaq “atb business” internet bankçılıq vasitəsilə banka göndərilməsi yetərlidir

  • bank müştərilərinə hansı digər mühasibat və vergi xidmətlərini təklif edir?

    tərəfdaşımız Accounting.Az şirkəti müştərilərimizə aşağıdakı xidmətləri təklif edir:

    ÖDƏNİŞSİZ:

    • biznesin ilkin qeydiyyatı
    • biznesin qurulması ilə bağlı ilkin vergi konsultasiyası

    ən azı 30% endirimlə:

    • mühasibat xidməti
    • vergi bəyannamələrinin hazırlanması
    • məsləhət xidməti

    tərəfdaşımızın xidmətlərindən faydalanmaq üçün şirkət ilə əlaqə saxlamaq və bankımız tərəfindən yönəldildiyini bildirmək yetərlidir:

    əlaqə: +994 12 310 09 29 / +994 50 225 82 05

     

    E-mail: [email protected]

  • «SMS Bildiriş » xidmətindən istifadə edərkən hər SMS-ə görə mobil nömrənin balansından nə qədər pul silinir?

  • birdəfəlik SMS şifrə nədir?

    «SMS bildiriş» xidmətə qoşulmuş müştərinin mobil telefonuna SMS-lə gələn şifrədir

  • kartın blokdan çıxarılmasının xidmət haqqı nə qədərdir?

    ödənişsizdir

  • kredit xətti üzrə bankomatlardan məxaric zamanı hansı komissiya tutulur?

    ölkədaxili istənilən bankomatdan - 2% (min. 1 AZN)

kreditlər

  • istehlak krediti üzrə FİFD nə qədərdir?

    FİFD: min. 13% – maks. 26%

  • ödəniş kartı üzrə kredit xətti açmaq mümkündür?

    bəli, müştərinin istəyindən asılı olaraq mümkündür

  • kreditin rəsmiləşdirilməsi üçün hansı sənədlər təqdim olunmalıdır?

    1. borcalanın və zaminin şəxsiyyətini təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi)

    2. borcalanın və zaminin gəlirlərini təsdiq edən rəsmi sənədlər:

    • elektron arayış
    • əmək haqqı, tutduğu vəzifə, və iş stajı qeyd olunması şərti ilə iş yerindən arayış (ölkə daxili sabit gəlirlərini təsdiq edən hesab çıxarışları təqdim edilməklə)
    • sosial müdafiə orqanları tərəfindən pensiya və müavinətlərin ödənilməsi haqqında arayış
    • ölkə daxili sabit gəlirlərini təsdiq edən hesab çıxarışları (xidməti vəsiqə təqdim edildiyi halda)
  • kreditin məbləği necə hesablanır?

    borcalanın ayliq borc yükünün onun gəlirlərinə nisbəti (DTİ əmsalı) hesablanmalıdır. DTİ əmsalı qeyd olunan düsturla hesablanır: formula

    • D - borcalanın borc yükü
    • PMT - yeni kredit üzrə aylıq ödəniş
    • İ - borcalanın vergidən sonra xalis gəliri

    DTİ əmsalı borcalanın gəlirləri yaşayış minimumu (180 manat) göstəricisinin 3 mislindən aşağı olduqda 40% - dən, yuxarı olduqda isə 45% - dən artıq ola bilməz

  • əmanət yerləşdirmədən kredit necə əldə edə bilərəm?

    istehlak krediti üçün onlayn müraciət yollaya və ya əməkhaqqı kartı üzrə kredit xəttini aktiv edə bilərsiniz (əgər bankımızın əməkhaqqı kartı sahibisinizsə)

  • kredit ödənişim qeyri-iş gününə təsadüf etdikdə gecikmə hesablanır?

    kredit ödənişiniz qeyri-iş gününə təsadüf etdikdə, növbəti ilk iş günü ödəniş etdiyiniz təqdirdə gecikmə hesablanmır

  • kredit ödənişini hansı yollarla həyata keçirə bilərəm?

    1. hesab nömrəsi ilə Azər Türk Bank-ın istənilən filialına yaxınləşmaqla

    2. MilliÖN ödəmə terminallarında müştəri kodu və doğum tarixini daxil etməklə

    3. e-manat ödəmə terminallarında müştəri kodu və doğum tarixini daxil etməklə

    4. hesab.az saytında müştəri kodu və doğum tarixini daxil etməklə

    5. e-pul.az saytında müştəri kodu və doğum tarixini daxil etməklə

  • kredit maksimum neçə gün ərzində rəsmiləşdirilir?

    3 gün ərzində

kartlar

  • kredit kartın əldə olunması üçün hansı sənədlər təqdim olunmalıdır?

    1. borcalanın şəxsiyyətini təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi)

    2. borcalanın gəlirlərini təsdiq edən aşağıdakı rəsmi sənədlərdən biri:

    • əmək haqqı, tutduğu vəzifə, və iş stajı qeyd olunması şərti ilə iş yerindən arayış
    • təqaüd barədə təhsil müəssisəsindən arayış
    • sosial müdafiə orqanları tərəfindən pensiya və müavinətlərin ödənilməsi haqqında arayış
    • mövcud depozit hesabları üzrə faiz gəlirini təsdiq edən bank arayışı
    • ölkə daxili sabit gəlirlərini təsdiq edən hesab çıxarışları
    • elektron arayış
  • «SMS bildiriş » xidmətindən istifadə edərkən hər SMS-ə görə mobil nömrənin balansından nə qədər pul silinir?

  • ödəniş kartı üzrə kredit xətti açmaq mümkündür?

    bəli, müştərinin istəyindən asılı olaraq mümkündür

ipoteka

  • ipoteka krediti ilə aldığım mənzili satmaq istəyirəm, bu mümkündürmü?

    bəli.  ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, şəxs ipoteka ilə yüklü edilmiş yaşayış evini və ya mənzilini yalnız ipoteka saxlayanın yazılı razılığı ilə özgəninkiləşdirə bilər. mövcud qaydalara əsasən bu halda borcalanın ipoteka krediti üzrə öhdəliyi ödəmə qabiliyyəti olan digər şəxsə ötürülür. öhdəliyin ötürüldüyü şəxs isə ipoteka krediti almaq üçün lazım olan bütün  tələblərə cavab verməlidir

  • ipoteka kreditini ev tikdirmək məqsədi ilə əldə etmək olarmı?

    ipoteka krediti yalnız fərdi yaşayış evi və ya çoxmənzilli yaşayış evində ayrıca mənzilin alınması məqsədi ilə təklif edilir

  • ipoteka krediti ilə hansı yaşayış sahəsini almaq olar?

    ipoteka krediti, üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına və ya qabaqcadan qeydiyyata alınmış yaşayış sahəsinin, o cümlədən Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barəsində təminat qeydi aparılmış tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsində tərkib hissələrin bağlı olduğu payın alınmasına verilir

  • mülkiyyətində yaşayış sahəsi olan şəxs ipoteka krediti ala bilərmi?

    bəli, ala bilər

  • ipoteka krediti əldə etmək üçün minimal əmək haqqı nə qədər olmalıdır?

    əmək haqqı üçün minimal tələb qoyulmamışdır

  • ipoteka kreditini əldə etmək üçün necə müraciət etmək lazımdır?

    elektron Hökumət Portalında ( www.e-gov.az)  gücləndirilmiş elektron imza (e-imza, asan imza) ilə qeydiyyatdan keçərək “Elektron ipoteka və kredit zəmanət” sisteminə müraciət etmək və siyahıda Azər Türk Bankı seçmək lazımdır

pul köçürmələri

  • vəsaitin köçürülməsi üçün hesabın açılması mütləqdir?

    1000 USD-dək məbləğ hesab açılmadan göndərilə bilər

  • gün ərzində xaricə maksimum hansı məbləğdə pul köçürmək olar?

    gün ərzində 1 000 USD və ya ona bərabər ekvivalent məbləği göndərə bilərsiniz (ailə üzvləri istisnadır qohumluq əlaqəsini təsdiq edən sənəd təqdim edərək daha böyük məbləğda pul köçürmək mümkündür)

əmanətlər

  • əmanətə vaxtından öncə xitam verildiyi halda hansı faizlər hesablanır?

    aşağıdakı cədvələ əsasən:

    müddətillik faiz dərəcəsi
     AZN USD
    12 aya0%0%
    12-24 ay1%0%
    24-36 ay2%---
  • təqdim olunan kartdan bankomatlarda nağdlaşdırma zamanı hansı komissiya tutulur?

    əmanətin faiz gəlirinin bankın bankomatları və POS-cash terminallarından nağdlaşdırılması zamanı faiz tutulmur
     
  • əmanət yerləşdirmədən kredit necə əldə edə bilərəm?

    istehlak krediti üçün onlayn müraciət yollaya və ya əməkhaqqı kartı üzrə kredit xəttini aktiv edə bilərsiniz (əgər bankımızın əməkhaqqı kartı sahibisinizsə)

  • bankda daha hansı əmanət növləri var?

    hazırda yalnız "klassik" əmanəti yerləşdirmək mümkündür

atb business internet-bankçılıq

  • tariflər

  • köçürmə yaratmışam, banka göndərilib, lakin "emal olunur" statusdadır. kimə müraciət etməliyəm?

    yaratdığınız köçürmə "emal olunur" statusdadırsa, həmin ödənişin bank tərəfindən icraya qəbul edildiyi, qanunvericiliyə və bankdaxili qaydalara əsasən baxıldığı mənasını ifadə edir. bu prosesə müəyyən zaman sərf edilir. həmçinin xidmət saatlarından kənar yaradılmış köçürmələr növbəti iş günü icra edildiyi üçün "emal olunur" statusda qala bilər. köçürmə xidmət saatları daxilində "emal olunur" statusda olduğu zaman müəyyən müddət gözləməli daha sonra isə sizə xidmət göstərən filiala müraciət edə bilərsiniz

  • ödəniş etmişəm,ödəniş tapşırığında sənədin icra edilməsi tarixi bank tərəfindən qeyd edilməyib. İcra tarixinin qeyd edilməməsinə səbəb nədir?

    yalnız "icra edildi" statusda olan ödənişlərə icra tarixi qeyd edilir. əgər köçürmə icra edilmədən öncə ödəniş sənədini yükləmək istəsəniz, bu zaman sənəddə bank qeyd olmayacaq.
     
  • ödənişi səhv yığmışam, hal-hazırda "emal olunur" statusdadır, nə etməliyəm?

    ödəniş "emal olunur" statusda olduğu zaman, vaxt itirmədən sizə xidmət göstərilən filiala müraciət edərək səhv ödənişin ləğv edilməsinə nail ola bilərsiniz

  • ödənişi səhv yığmışam, artıq bank tərəfindən icra edilib, nə etməliyəm?

    ödənişlər tərtib edilən zaman diqqətli olmalı və rekvizitlərdə səhvə yol verilməməlidir. ödənişlər imzalandıqdan və bank tərəfindən icra edildikdən sonra ləğv edilməsi mümkün deyil. lakin səhv yığılmış və icra edilmiş ödənişlə bağlı bankın çağrı mərkəzinə müraciət edə bilərsiniz
     
  • əməkhaqqı ödənişi etmək istəyirəm, əməkdaşın hesabı siyahıda yoxdur, nə etməliyəm?

    əməkdaşın əmək haqqı hesabı əməkdaşların siyahısında tapılmırsa siyahını yenilə düyməsi sıxılmaqla əməkdaşların siyahısı yenilənməlidir. əgər problem siyahı yeniləndikdən sonra da davam edirsə bu zaman sizə xidmət göstərilən filiala müraciət etməlisiniz
     
  • köçürməni imzalamışam, lakin uzun müddətdir ki ödənişin statusu “banka göndərilməsi gözlənilir”dir. köçürmə hansı səbəbdən banka göndərilmir?

    köçürmənin “banka göndərilməsi gözlənilir” statusda qalmasına səbəb köçürmə etmək istədiyiniz hesabda kifayət qədər vəsaitin olmamasıdır

  • köçürmə etmək istəyirəm, lakin köçürmə etmək istədiyim hesabı görmürəm, səbəb?

    köçürmə etmək istədiyiniz hesabın görünməməsi səbəbləri fərqli ola bilər
     
    əsas səbəblər aşağıdakılardır:
    - hesab bağlanmış ola bilər
    - xarici valyutada köçürmə tərtib edən zaman milli valyutada olan hesabların əks olunmaması səbəbindən ola bilər
    - hesablar üzrə aktiv sərəncamların olması səbəbindən ola bilər
     
  • bu bankda bir neçə şirkətin hesablarını idarə edirəm. bütün şirkətlərimi atb business internet-bankçılıq xidməti ilə bir istifadəçi üzərindən istifadə edə bilərəm?

    bir istifadəçi profaylını qeydiyyatdan keçirməklə bir neçə şirkətinizi bir arada idarə etmək mümkündür. nəzərə alın ki, siz yalnız səlahiyyətləriniz çərçivəsində hər bir şirkət üzrə əməliyyat apara biləcəksiniz
     
  • atb business internet-bankçılıq xidmətində hansı əməliyyatları apara bilərəm?

    internet bankçılıq xidməti vasitəsi ilə aşağıdakı əməliyyatları icra edə bilərsiniz:

    • öz hesablarınız arasında köçürmələr
    • bankdaxili köçürmələr
    • ölkədaxili köçürmələr
    • ölkəxarici köçürmələr
    • nağdsız konvertasiya əməliyyatları
    • ƏDV və digər büdcə ödənişlərinin icra edilməsi
    • mövcud bank hesablarının nəzərdən keçirilməsi və idarə edilməsi
    • hesablardan çıxarışların əldə edilməsi
    • kreditlər və depozitlər barədə məlumatların nəzərdən keçirilməsi
    • əmək haqqı ödənişlərinin icra edilməsi
    • bank ilə güvənli e-məktub mübadiləsi
    • əməliyyatların statusunun nəzərdən keçirilməsi
    • valyuta məzənnələrinin real vaxt rejimində izlənməsi
    • köçürmə əməliyyatlarının şablonlarının yaradılması
  • atb business internet-bankçılıq xidmətindən istifadəni dayandırmaq üçün nə etməliyəm?

    xidmətdən istifadəyə müvəqqəti dövr üzrə və yaxud ümumiyyətlə xitam vermək üçün müvafiq ərizə formasını banka təqdim etmək lazımdır
  • atb business internet-bankçılıq xidmətində istifadəçi üzrə bəzi məlumatları dəyişdirmək, yeniləmək istəyirəm. nə etməliyəm?

    istifadəçi üzrə məlumatları dəyişdirmək üçün müvafiq ərizə formasını sizə xidmət göstərən filiala müraciət edərək doldurmalı və təqdim etmək lazımdır
     
  • atb business internet-bankçılıq xidmətinə SMS OTP vasitəsi ilə daxilolma zamanı şifrəmi dəfələrlə səhv yığmışam bloka düşüb. nə etməliyəm?

    xidmətə daxil olmaq üçün şifrənizi 3 dəfə səhv daxil etdiyiniz zaman istifadəçi profaylınız avtomatik olaraq bloklanır. istifadəçi profaylınızı blokdan açmaq üçün bankın çağrı mərkəzinə müraciət edərək xidmətə qoşulma zamanı qeyd etdiyiniz məxfi kod sözü bildirməlisiniz. daha sonra sizə SMS ilə müvəqqəti şifrə göndəriləcək və siz yeni şifrə təyin etməli olacaqsınız. əlavə olaraq siz bankın filial və şöbələrinə də müraciət edə bilərsiniz
     
  • ASAN imzam olan mobil nömrəmi və ASAN İD-mi qeyd edirəm, lakin atb business internet-bankçılıq xidmətinə daxil ola bilmirəm. hansı səbəblərdən xidmətə daxil ola bilmirəm?

    xidmətə daxil olma zamanı yaranan problemlərin müxtəlif səbəbləri ola bilər.əsas səbəblər aşağıdakılardır
     
    • daxilolma zamanı ASAN İmza nömrənin səhv qeyd edilməsi
    • nömrənin balansında kifayət qədər vəsait olmaması
    • ASAN İmza sertifikatının həmin təşkilata aid olmaması
    • ASAN sertifikatın biznes sertifikatı deyil fərdi istifadə üçün nəzərdə tutulması
     
  • atb business internet-bankçılıq xidmətinə SMS OTP vasitəsi ilə qoşulma zamanı tələb olunan şifrəmi unutmuşam, nə etməliyəm?

    хidmətə daxil olmaq üçün şifrənizi unutmusunuzsa bu zaman, bankın çağrı mərkəzinə müraciət edərək xidmətə qoşulma zamanı qeyd etdiyiniz məxfi kod sözü bildirməlisiniz. daha sonra sizə SMS ilə müvəqqəti şifrə göndəriləcək və siz yeni şifrə təyin etməli olacaqsınız.  əlavə olaraq siz bankın filial və şöbələrinə də müraciət edə bilərsiniz
     
  • atb business internet-bankçılıq xidmətinə qoşulma hansı müddətə icra edilir?

    хidmətə qoşulma, müvafiq ərizə forması və sənədlər təqdim edildikdən sonra 3 iş günü ərzində icra edilir
     
  • imza səlahiyyəti olmayan şəxsi atb business internet bankçılıq xidmətinə qoşa bilərəm?

    istənilən şəxsi xidmətə qoşmaq mümkündür. həmin şəxs imza etmək (aparılan əməliyyatları təsdiqləmək və icra üçün banka yönləndirmək) səlahiyyəti istisna olmaqla digər funksiyalardan yararlana bilər

  • atb pos tətbiqi üzrə xidmət haqqı tutulurmu?

    xeyr, tətbiq üzrə heç bir ödəniş tələb olunmur

  • atb pos mobil tətbiqində hansı əməliyyatları apara bilərəm?

    internet bankçılıq xidməti vasitəsi ilə aşağıdakı əməliyyatları icra edə bilərsiniz:

    • öz hesablarınız arasında köçürmələr
    • bankdaxili köçürmələr
    • ölkədaxili köçürmələr
    • ölkəxarici köçürmələr
    • nağdsız konvertasiya əməliyyatları
    • ƏDV və digər büdcə ödənişlərinin icra edilməsi
    • mövcud bank hesablarının nəzərdən keçirilməsi və idarə edilməsi
    • hesablardan çıxarışların əldə edilməsi
    • kreditlər və depozitlər barədə məlumatların nəzərdən keçirilməsi
    • əmək haqqı ödənişlərinin icra edilməsi
    • bank ilə güvənli e-məktub mübadiləsi
    • əməliyyatların statusunun nəzərdən keçirilməsi
    • valyuta məzənnələrinin real vaxt rejimində izlənməsi
    • köçürmə əməliyyatlarının şablonlarının yaradılması
  • SMS OTP vasitəsi ilə, atb business internet bankçılıq xidmətindən istifadəyə görə məndən xidmət haqqı tutulacaqmı?

    SMS vasitəsi ilə birdəfəlik istifadə üçün nəzərdə tutulan kodların əldə olunmasına görə bank tərəfindən xidmət haqqı tutulmur

  • ASAN İmzam yoxdursa, atb business internet bankçılıq xidmətindən istifadə edə bilərəm?

    “ASAN İmza” mobil identifikasiya aləti olmadan xidmətdən istifadə edə bilərsiniz. lakin, tərtib etdiyiniz köçürmələri imzalamaq (xidmət daxilində apardığınız əməliyyatları təsdiq edərək banka icra üçün yönləndirmək) üçün mütləq “ASAN İmza”dan istifadə etməlisiniz