Öz Parolunuzu, PİN-kodunuzu və CVV kodunuzu heç zaman heç kimə, o cümlədən əməkdaşlarımıza söyləməyin və göndərməyin. Bu məlumatlar bizə lazım deyil.
SMS bildirişlərindən istifadə edərək ödənişlər və köçürmələr barədə məlumatları həmişə yoxlayın. Biz SMS-ləri konkret nömrələrdən göndəririk.
Bank, xidmətin keyfiyyətini yaxşılaşdırmaq məqsədilə SMS sorğuların aparılmasından ötrü 9951 nömrəsindən istifadə edir.
SMS bildiriş xidməti – həyata keçirilmiş kart əməliyyatları barədə bankdan məlumat almaq imkanıdır. Bu xidmətə qoşulduqda Azericard abunəçisindən avtomatik SMS və ya 9951 nömrəsinə sorğu göndərməklə SMS alacaqsınız. Xidmətdən etibarlı qaydada istifadə üçün aşağıdakı sadə qaydalara əməl edin:
Həmişə telefonunuzda çətin bir parol qoyun. Bu, telefonunuz oğurlandıqda, itirildikdə vəsaitlərinizin fırıldaqçılar tərəfindən ələ keçirilməsi imkanını çətinləşdirəcəkdir.
Mobil telefon nömrənizi dəyişərkən bu barədə dərhal banka məlumat verib SMS bildirişlər üçün nömrənizi yenisi ilə əvəzləyin. Əks halda nömrənin yeni sahibi bank məlumatlarınızı oxuya bilər.
Telefonunuz itirildikdə bankı bu barədə dərhal məlumatlandırın. SMS bildiriş xidmətini müvəqqəti bloklaşdırmağı tələb edin.
Heç vaxt kənar nömrədən SMS bildiriş xidmətinə qoşulmayın. Fırıldaqçılar özlərini “bank əməkdaşları” kimi qələmə verərək Sizdən bunu etmənizi istəyə bilərlər. Bankın adından şübhəli SMS və ya elektron məktub aldıqda dərhal 945 qısa nömrəsi ilə əlaqə saxlayın.
Sizin adınızla aparılmış şübhəli əməliyyatlar qeydə alındıqda bank əməliyyatlarına girişiniz müvəqqəti bloklaşdırıla bilər. Əgər hər şey qaydasındadırsa və əməliyyatları həqiqətən özünüz aparmısınızsa, sadəcə bankla əlaqə saxlayıb bu barədə məlumat verin.
PİN kodu daxil edərkən bankomatın qarşısında elə dayanın ki, başqaları klaviaturanı görə bilməsinlər.
Kömək üçün kənar şəxslərə müraciət etməyin.
ATM üzərində yad cihazların olub-olmadığını yoxlayın.
Əsasən, ictimai yerlərdə (dövlət idarələri, ticarət mərkəzləri, ofis binaları) quraşdırılmış bankomatlardan istifadə etməyə çalışın.
Əgər yaxınlıqda şübhəli şəxs varsa, bankomatdan istifadə etməyin.
Növbədə sizdən əvvəlki müştərinin əməliyyatı tam başa çatdırdığına əmin olun. Tam əminlik üçün “Ləğv et” düyməsini sıxın.
Kart qaytarılmadıqda banka və ya ATM-də göstərilən telefon nömrəsinə zəng edin.
Tanış olmayan və ya şübhəli linklərə klik etməyin: fırıldaqçılar kompüterinizə və ya smartfonlarınıza virus salaraq məlumatlarınızı əldə etmək üçün bu cür linklərdən istifadə edirlər.
Yalnız App Store və Google Play-dən rəsmi tətbiqləri yükləyin.
Antivuris quraşdırın.
Telefonunuzda həmişə yüksək çətinlik dərəcəsinə malik paroldan istifadə edin.
Biz müştərilərimizə heç zaman şəxsi bank məlumatlarının daxil edilməsi gərək olan formalar əlavə olunmuş ismarıclar, yaxud elektron məktublar göndərmirik.
Şəxsi bank məlumatlarının təsdiqlənməsi, yenilənməsi və ya təqdim edilməsi üçün də heç bir sorğu göndərmirik.
Bank adından şübhəli SMS və ya elektron məktub aldıqda, bununla bağlı dərhal 945 qısa nömrəsi vasitəsilə bizimlə əlaqə saxlamağınızı xahiş edirik.
Heç vaxt özünüzün iştirakınız olmadan kartı kənar şəxslərə (kassir, ofisiant və b.), həmkarlarınıza, qohumlarınıza, uşaqlarınıza istifadə üçün verməyin.
Kartınızın PİN kodunu və ya CVV kodunu heç kimə bildirməyin, eləcə də yazaraq göndərməyin.
İnternet saytlarında heç vaxt PİN kodu daxil etməyin.
Kartınızı itirdikdə, kart oğurlandıqda, yaxud kart məlumatlarınızın fırıldaqçılar tərəfindən ələ keçirilməsinə şübhə yarandıqda dərhal bankla əlaqə saxlayaraq kartı bloklaşdırın.
Kart məlumatlarınızdan ümumi kompüterlərdə və ya ödənişsiz Wi-Fi rejimində istifadə etməyin. Bu halda fırıldaqçılar kart məlumatlarınızı ələ keçirə bilərlər.
SMS bildiriş xidmətini mütləq aktivləşdirin. Belə etdikdə günün istənilən vaxtında kart əməliyyatlarınız barədə məlumat alacaqsınız.
Kartla ödəniş uğursuz başa çatdıqda çekin bir nüsxəsini götürüb saxlamağınızdan əmin olun.
3D-Secure – kartla onlayn ödənişlərin təhlükəsizliyini təmin edən xüsusi texnologiyadır. Belə ki, onlayn alış-veriş zamanı müştəridən kart məlumatları tələb edilir, bu məlumatlar kartın özündə yazıldığından onları oğurlamaq çox asandır. 3D-Secure isə kartın həqiqi sahibini müəyyənləşdirmək üçün daha bir əməliyyat əlavə edir. İnternetdə alış-veriş zamanı ödəniş əməliyyatının son mərhələsində müştərinin mobil telefonuna SMS vasitəsilə xüsusi kod göndərilir. Əməliyyat yalnız bu kod da daxil edildikdən sonra təsdiqlənərək başa çatdırılır.
Eyni vaxtda həm kart məlumatlarını ələ keçirmək, həm də kart sahibinin telefon nömrəsini tapmaq çox çətindir. Amma bu, tam mümkünsüz də deyil. Ona də bütün hallarda ehtiyatı əldən verməyin – gizli kodunuzu heç kimlə bölüşməyin. Koddan yalnız özünüz və yalnız ödənişi rəsmən təsdiqləyən səhifələrdə istifadə edə bilərsiniz.
“Azər-Türk Bank” ASC-də məxfiliyin qorunması barədə bəyanat (Bundan sonra ATB və ya biz adlanacaq).
Biz hər zaman müştərilərimizin şəxsi və maliyyə məlumatlarının məxfiliyi və təhlükəsizliyinə ciddi yanaşmışıq. Məxfilik siyasətimiz müştərilərimiz və saytın istifadəçilərindən əldə olunan şəxsi məlumatların üçüncü şəxslərə çatdırılmamasını dəstəkləyir. Məxfilik siyasətimiz ilə bağlı suallarınız yaranarsa, birbaşa info@atb.az ünvanı müraciət edə bilərsiniz.
ATB fərqli mənbələrdən müxtəlif məlumatlar əldə edir: doldurulmuş ərizə, onlayn müraciət, sorğu formaları, xəbərlər və e-mail məktublara abunə, elektron məktub və qeydiyyat. Bundan əlavə biz Sizin kompüterinizin IP-ünvanını qeydə alaraq, daxil olduğunuz səhifələr haqqında məlumat əldə edib yadda saxlayırıq.
Biz əldə olunan məlumatları növbəti məqsədlər üçün istifadə edirik:
Eləcə də, məlumatlar saytın idarə olunması və inkişafı üçün analitikada istifadə olunur. Əgər Siz daxil etdiyiniz məlumatların tərəfimizdən istifadə olunmasını istəmirsinizsə, bunu bizə info@atb.az ünvanına yazaraq, bildirməyinizi xahiş edirik.
ATB saytında digər veb-səhifə və mənbələrə aparan linklərə rast gələ bilərsiniz. Nəzərinizə çatdırmaq istəyirik ki, biz həmin saytların məxfiliyinə görə məsuliyyət daşımırıq və digər səhifələri baş çəkərkən, məxfilik siyasətləri ilə tanış olmağınızı Sizə məsləhət görürük. Bu qaydalar yalnız bizim saytda toplanılan məlumatlara şamil olunur.
Bizim saytımız gələcəkdə məlumatların bizimlə əlaqəsi olmayan üçüncü şəxslərə satılması və ya ötürülməsi məqsədilə toplamır.
Biz xəbərdarlıq etmədək Məxfiliyin qorunması barədə bəyanatda dəyişiklik aparmaq hüququnu özümüzdə saxlayırıq. Biz məlumatı əsasında toplandığı Məxfiliyin qorunması barədə bəyanata əsasən istifadə edəcəyik.
012945
və ya WhatsApp-a yazın+994557770945
012945
və ya WhatsApp-a yazın+994557770945