Azər Türk Bankın “SMS bildiriş” xidməti bank hesabları üzrə aparılan əməliyyatlar haqqında məlumatların əldə olunması, Internet Bank və “3D Secure” xidmətlərindən istifadə üçün birdəfəlik parolların əldə edilməsindən ötrü ən rahat və etibarlı vasitədir
Sistem kart hesabı üzrə aparılan bütün mədaxil və məxaric əməliyyatları barədə SMS vasitəsilə məlumat verir
Xidmətin üstünlükləri
- Real vaxt rejimində informasiyanın göndərilməsi
- Vaxt və yer fərqi olmadan xidmət
- İstənilən mobil nömrədən xidmətə qoşulmaq imkanı
- Uğursuz əməliyyatlar haqqında məlumatlandırma (kartın müddətinin başa çatması, hesabda lazımi qədər vəsaitin olmaması anlarında aparılan əməliyyatlar barədə məlumatlandırma)
Qoşulma
“SMS bildiriş” xidmətinə kartın aid olduğu bankomatlar vasitəsilə, Azər Türk Bankın istənilən filialına, (012) 945 nömrəsi və ya WhatsApp-a müraciət etməklə qoşulmaq olar
Xidmət ödənişsizdir