struktur

daxili komitələr

audit komitəsi
 

daxili audit yoxlamalarının nəticələrini, təklif və tövsiyyələrini Müşahidə Şurası və İdarə Heyəti ilə birgə müzakirə etmək

kənar auditorla birgə işin təşkili ilə əlaqədar bankın fəaliyyətinə dair bütün əhəmiyyətli məlumatların, bank sənədlərinin kənar auditora vaxtında və tam təqdim edilməsini təmin etmək

bankın inzibati, əməliyyat, uçot siyasəti və prosedurları üçün müvafiq daxili nəzarət mexanizmlərinin təkmilləşdirilməsi barədə təkliflər vermək

daxili audit departamentinin rəhbərinin vəzifəyə təyin olunması, işdən azad olunması və ya dəyişdirilməsi barədə Müşahidə Şurasına təkliflər vermək

Səmdarların Ümumi Yığıncağı müəyyən etdiyi müddətdə yığıncağa aşağıdakı məlumat və hesabatları təqdim etmək:

  • bankda qanunvericiliyə riayət olunması barədə hesabat
  • audit fəaliyyəti barədə hesabat
  • bankda risklərin idarə edilməsi və nəzarət sistemlərinin vəziyyəti barədə hesabat
  • komitənin vəzifələrinə aid olan digər məsələlər üzrə hesabat
 
informasiya texnologiyaları komitəsi
 

alınacaq İT avadanlıqlarının texniki parametrlərini təyin etmək


avadanlıq, proqram təminatı, kadrlar və digər maddələr üzrə nəzərdə tutulan büdcə haqqında hesabatı tərtib etmək


Mərkəzi Bankın informasiya texnologiyaları standartlarına əsasən:

  • İT layihələrinin yaradılmasında müşahidəçi və məsləhətçi kimi fəaliyyət göstərmək
  • İT-nin istifadəsi və həyata keçirilməsi üçün İT Planlarının hazırlanması, əhəmiyyətlilik kəsb edən cəhətlərin Bankın ümumi strategiyasına əsasən müəyyənləşdirmək
  • İT sahəsinə aid olan kapital xərclərinə dair İdarə Heyəti və Müşahidə Şurasına tövsiyyələr vermək
  • proqram təminatı və avadanlıqların əldə olunmasının əsaslandırılması, proqram təminatı və avadanlıqların satınalınması üzrə təkliflər vermək
  • təhlükəsizlik məsələlərinə nəzarət, inzibati texnoloji məsələlərə nəzarət
  • İT ilə əlaqədar fövqəladə hallardan çıxış yollarını planlaşdırmaq
 
kredit komitələri (əsas və kob)
 

kreditlərin cəmləşmələrinə nəzarət etmək

kreditlərin və kredit öhdəliklərinin müddətlərini və faiz dərəcələrini müəyyən etmək

vaxtaşırı kredit portfelinin monitorinqini həyata keçirmək

girovların müntəzəm olaraq yenidən qiymətləndirilməsini təmin etmək

kreditlər üzrə mümkün zərərlər üçün yaradılmış ehtiyatların yetərliyini (adekvatlığı) yoxlamaq və təhlil etmək

ayda bir dəfədən az olmamaq şərti ilə kreditlərin verilməsinə dair müraciətləri nəzərdən keçirmək

vaxtı keçmiş kredit faizlərinin dayandırılması və silinməsi barədə rəy və təkliflər vermək, aktivlərin təsnifləşdiriməsinə nəzarət etmək

aktiv və passivləri idarəetmə komitəsi
 

aktiv və passivlərin idarə edilməsini müxtəlif sahələr üzrə təşkil etmək və təhlil edərək qiymətləndirmək

bankda daxili qiymətləndirmə mexanizmlərinin tətbiqinə və təkmilləşdirilməsinə dair təkliflər vermək

bankın likvidliyinin idarə edilməsində qəbul olunmuş qaydalara riayət etmək və bu sahədə özünəməxsus vəzifələri həyata keçirmək

maliyyə vəsaitlərinin idarə edilməsi istiqamətlərini və hədəflərini müəyyən etmək

aktiv və passivlərin idarə edilməsi ilə əlaqədar istiqamət və hədəflərlə bağlı qanunvericiliyə riayət edilməsini təmin etmək

əsas vəsaitlərin bazar qiymətinə uyğun olaraq yenidən qiymətləndirilməsinə və onların cari ildə maliyyə komponenti kimi saxlanılmasına dair təkliflər vermək

riskləri idarəetmə komitəsi
 
bankın risklərin idarə edilməsi qaydaları, risk siyasətini hazırlamaq

risklərin müəyyənləşdirilməsi və qiymətləndirilməsi üzrə müvafiq metod və alətlərin seçilməsi və onların həyata keçirilməsi tezliyini müəyyən etmək

bankın fəaliyyətinin Müşahidə Şurası tərəfindən təsdiqlənən risk limitləri çərçivəsində həyata keçirilməsinə nəzarət etmək

mütəmadi olaraq aşağıdakı məsələləri nəzərdən keçirmək

bank üzrə ümumi fəaliyyət strategiyasını:
  • bankın risk dözümlülüyünü və müxtəlif risk limitlərini
  • kreditləşmə limitlərini
  • əməliyyat risklərini
  • risk siyasətini
  • stress testləri