POS terminallar vasitəsilə aparılan əməliyyatlarda PİN kodu daxil etmədən 24 saat ərzində hər biri 100 AZN-dək olmaqla bir neçə əməliyyat aparıla bilər
kartın maqnit zolağından istifadə etməklə 20 dəqiqə ərzində 2 əməliyyatdan artıq əməliyyat həyata keçirilməsinə icazə verilmir
kartın maqnit zolağından istifadə etməklə 24 saat ərzində ümumilikdə 250 ABŞdolları məbləğindən artıq əməliyyat aparılmır
ABŞ ərazisində MCC kodu 5310 (qiymətlərə endirim tətbiq edilən mağazalar) və 5411 (qida məhsulları mağazaları və supermarketlər) olan ticarət müəssisələrində 24 saat ərzində aparılacaq əməliyyatların sayı 3, məbləğ isə 250 ABŞ dollarından artıq ola bilməz
riskli ölkələr siyahısına daxil olan ölkələrdə 24 saat ərzində 250 ABŞ dolları məbləğindən artıq əməliyyatın aparılmasına və ya vəsait nağdlaşdırılmasına yol verilmir (bax Əlavə)
“3D Secure” xidmətini dəstəkləməyən internet saytlarında 24 saat ərzində aparılacaq əməliyyatların sayı 7, məbləğ isə 1000 AZN-dən artıq ola bilməz (.az domen zonasında fəaliyyət göstərən internet-saytlar istisna olmaqla)
2 və daha çox ölkədə 2 saat ərzində yalnız 1 əməliyyat həyata keçirilir
qeyd: kart sahibinin müraciətinə əsasən məhdudiyyətlər üzrə meyarlara dəyişiklik edilə bilər
faydalı məlumat
ödəniş kartları üzrə aparılan əməliyyatlarla əlaqədar riskli ölkələrin siyahısı