Azər Türk Bankdan sahibkarlar üçün yeni «Yaşıl biznes» məhsulu

siyahıya qayıt

Dövlət bankı Azər Türk Bank ekoloji, sosial və korporativ idarəetmə (ESG) prinsiplərinin tətbiqi planları çərçivəsində ekoloji təmiz məhsulların istehsalının stimullaşdırılması, yaşıl zonalarının salınması, eko-nəqliyyat vasitələrinin istehsalı, satışı, istifadəsinə keçid, əhalinin sağlamlığına yönəldilmiş işlərin görülməsi, həmçinin sahibkarlar tərəfindən bu istiqamətdə həyata keçiriləcək müxtəlif layihələri dəstəkləmək məqsədi ilə yeni «Yaşıl biznes» məhsulunu müştərilərinə təqdim edir.

Bank ESG prinsiplərini dəstəkləyən bizneslər üçün hesabların açılması, aparılması, eləcə də əməkhaqqı, biznes, «sahibkar» ödəniş kartlarının verilməsi kimi xidmətləri tamamilə ödənişsiz, pul köçürmələri və digər əməliyyatları sərfəli və imtiyazlı şərtlərlə təklif edir.

Bu növ müştərilərin endirimli faiz şərtləri ilə maliyyələşməsi 10 milyon manat məbləğinədək, müddəti isə 10 ilədəkdir. Həmçinin, iri layihələrin maliyyələşməsi zamanı kredit ödənişinə üç ilədək güzəşt müddəti nəzərdə tutulmuşdur.

03.03.2025