Azər Türk Bankdan yeni cashback kampaniyası

siyahıya qayıt

Dövlət bankı Azər Türk Bank 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə ölkə daxilində aparılan kart əməliyyatları üzrə kampaniya həyata keçirir.

Belə ki, cari ilin 7-9 mart tarixləri arası Bankın atb card debetyeni nəsil əməkhaqqı kartı sahibləri gül mağazalarında Google Pay və Apple Pay vasitəsilə təmassız ödənişlər zamanı 8% həcmində cashback əldə edəcəklər.

Kampaniya dövrü ərzində müştəriyə hesablanacaq maksimum cashback limiti 50 manat səviyyəsində müəyyən edilmişdir.

07.03.2025