Dövlət bankı Azər Türk Bank istehlak kreditləri üzrə, müştərilər üçün sərfəli yeni kampaniyaya başlayır.
Cari ilin 16 aprel tarixindən start götürən kampaniya ərzində fiziki şəxslərə 0% komissiya ilə, illik faiz dərəcəsi 11%-dən başlayan kreditlər təklif edilir.
24 ayadək olan kreditlər, illik faiz dərəcəsi 15% həcmində olmaqla, 1% komissiya ilə verilir
36 ayadək olan kreditlər illik 16%-lə, 48 aylıq kreditlər illik 17%-lə rəsmiləşdirilir.
Ortaaylıq rəsmi gəlirindən asılı olaraq, hər bir şəxsin zaminlə ala biləcəyi kreditin maksimal məbləği 40 000 manatdır.
Azər Türk Bankın saytında krediti online sifariş vermək mümkündür.
Kampaniya 15 may daxil olmaqla, həmin tarixədək davam edəcəkdir.