Dövlət bankı Azər Türk Bank kampaniya ərzində fiziki şəxslərə sərfəli şərtlərlə istehlak kreditləri təklif edir.
İllik 11% dərəcəsi ilə 12 ay müddətinədək rəsmiləşdirilən kreditlər üzrə xidmət haqqı 0%-dir.
İki il müddətinədək verilən kreditlərin illik faiz dərəcəsi 15%-dir.
36 ayadək olan kreditlər illik 16%-lə, 48 aylıq kreditlər illik 17%-lə rəsmiləşdirilir.
Ortaaylıq rəsmi gəlirindən asılı olaraq, hər bir şəxsin zaminlə və ya zaminsiz ala biləcəyi kreditin maksimal məbləği 40 000 manatdır.
Azər Türk Bankın saytında krediti online sifariş vermək mümkündür.
Kampaniya 2025-ci il 30 avqust daxil olmaqla, həmin tarixədək davam edəcəkdir.