dayanıqlı maliyyə

atb-nin dayanıqlı maliyyəyə yanaşması və fəaliyyəti, bankın strateji inkişaf planlarına inteqrasiya olunmuş sistemli yanaşma əsasında qurulub. Bankın Dayanıqlı Maliyyə Siyasəti çərçivəsində, maliyyə qərarlarında iqtisadi, ekoloji və sosial amillərin nəzərə alınması təşviq olunur və bu prinsiplər bankın fəaliyyətinə inteqrasiya olunur.

 

atb Azərbaycan Mərkəzi Bankı tərəfindən hazırlanan “Dayanıqlı Maliyyə üzrə Yol Xəritəsi (2023–2026)” çərçivəsində müəyyənləşdirilmiş prioritet istiqamətləri dəstəkləyir və öz fəaliyyətini bu hədəflərlə uyğunlaşdırmaq üçün çalışır.

 

atb yaşıl kredit portfelini genişləndirərək, layihələrin Mərkəzi Bank tərəfindən 2024-cü ildə təsdiqlənmiş “Yaşıl Taksonomiya” sənədinə, eləcə də “Yaşıl və dayanıqlılıqla əlaqəli kreditlər üzrə təlimat”a uyğun olaraq tərtib olunması üzrə fəaliyyət aparır.

 

2025-ci ildə atb ətraf mühitin qorunması, sosial məsuliyyət və korporativ idarəetmə prinsiplərinə əsaslanan biznes təşəbbüslərini dəstəkləmək məqsədilə "Yaşıl Biznes" adlı xüsusi maliyyə məhsulunu təqdim etdi. Bu kredit aləti yaşıl enerji, tullantıların idarə olunması, su ehtiyatlarının qorunması, əhalinin sağlamlığı və ətraf mühitin mühafizəsi kimi sahələrdə fəaliyyət göstərən layihələrə yönəlib və güzəştli faiz dərəcələri, komissiya azadolmaları və əlavə xidmət güzəştləri ilə müşayiət olunur.