atb-də etika və sosial məsələlər komissiyası davamlılıq və ESG (ətraf mühit, sosial və idarəetmə) təşəbbüslərinin əlaqələndirilməsi və icrasına nəzarət edən əsas orqan kimi fəaliyyət göstərir. Komissiya birbaşa İdarə Heyətinə hesabat verir və Hesablaşmalar Departamenti, həmçinin digər aidiyyəti struktur bölmələrlə sıx əməkdaşlıq edir.
Komissiyanın əsas funksiyalarına etika prinsiplərinin təşviqi, şəffaf və ədalətli iş mühitinin formalaşdırılması, əməkdaşların psixoloji rifahı və sosial ehtiyaclarının nəzərə alınması, peşəkar inkişaf imkanlarının yaradılması, ehtiyacı olan əməkdaşlara sosial dəstəyin göstərilməsi və əməkdaşlıq mədəniyyətinin gücləndirilməsi daxildir.
Bundan əlavə, komissiya etik pozuntuların qarşısının alınmasına, əməkdaşların təkliflərinin qiymətləndirilməsinə və korporativ sosial məsuliyyət (KSM) layihələrinin icrasına nəzarətə cavabdehdir. atb-də KSM təşəbbüsləri KSM siyasəti çərçivəsində və aidiyyəti departamentlərin birgə iştirakı ilə planlaşdırılır və həyata keçirilir.