təhlükəsizliyiniz

məxfilik

“Azər-Türk Bank” ASC-də məxfiliyin qorunması barədə bəyanat (Bundan sonra atb və ya biz adlanacaq)

bank məhsul və xidmətlər üzrə sifarişlərin icra edilməsi səbəbilə müştərilərin şəxsi, iş yeri və kredit öhdəlikləri haqqında məlumatlarının müxtəlif məlumat bazaralarından əldə edilməsi və işlənilməsi, eləcə də məlumatların Azərbaycan Kredit Bürosu Kredit Reyestrində sorğu edilməsi və Elektron Hökümət Portalında qeydiyyatdan keçirilməsi hüququnu özündə saxlayır

bank əldə edilən məlumatların saxlanılmaması və heç bir halda digər şəxslərə ötürülməməsini öhdəsinə götürür

giriş

biz hər zaman müştərilərimizin şəxsi və maliyyə məlumatlarının məxfiliyi və təhlükəsizliyinə ciddi yanaşmışıq. məxfilik siyasətimiz müştərilərimiz və saytın istifadəçilərindən əldə olunan şəxsi məlumatların üçüncü şəxslərə çatdırılmamasını dəstəkləyir. məxfilik siyasətimiz ilə bağlı suallarınız yaranarsa, birbaşa [email protected] ünvanı müraciət edə bilərsiniz

məlumatların toplanması

atb fərqli mənbələrdən müxtəlif məlumatlar əldə edir: doldurulmuş ərizə, onlayn müraciət, sorğu formaları, xəbərlər və e-mail məktublara abunə, elektron məktub və qeydiyyat. bundan əlavə biz Sizin kompüterinizin IP-ünvanını qeydə alaraq, daxil olduğunuz səhifələr haqqında məlumat əldə edib yadda saxlayırıq

məlumatların istifadə olunması

biz əldə olunan məlumatları növbəti məqsədlər üçün istifadə edirik:

  • müştəri tərəfindən verilən sualların cavablandırılması üçün
  • atb-nin fəaliyyəti haqqında xəbərlərin müştəriyə göndərilməsi üçün
  • marketinq araşdırmaları və kampaniyalarının keçirilməsi üçün

eləcə də, məlumatlar saytın idarə olunması və inkişafı üçün analitikada istifadə olunur. əgər Siz daxil etdiyiniz məlumatların tərəfimizdən istifadə olunmasını istəmirsinizsə, bunu bizə [email protected] ünvanına yazaraq, bildirməyinizi xahiş edirik

linklər

atb saytında digər veb-səhifə və mənbələrə aparan linklərə rast gələ bilərsiniz. nəzərinizə çatdırmaq istəyirik ki, biz həmin saytların məxfiliyinə görə məsuliyyət daşımırıq və digər səhifələrə baş çəkərkən, məxfilik siyasətləri ilə tanış olmağınızı Sizə məsləhət görürük. bu qaydalar yalnız bizim saytda toplanılan məlumatlara şamil olunur

biznes məlumatlarının ötürülməsi

bizim saytımız gələcəkdə məlumatların bizimlə əlaqəsi olmayan üçüncü şəxslərə satılması və ya ötürülməsi məqsədilə toplamır

siyasətimizdə dəyişiklik

biz xəbərdarlıq etmədən Məxfiliyin qorunması barədə bəyanatda dəyişiklik aparmaq hüququnu özümüzdə saxlayırıq. biz məlumatı əsasında toplandığı Məxfiliyin qorunması barədə bəyanata əsasən istifadə edəcəyik

təhlükəsizlik haqqında məlumat

  • ümumi təhlükəsizlik qaydaları

    şifrənizi, kartınızın PIN-kodunu, bitmə tarixini və CVV kodunu heç kimlə bölüşməyin. bu məlumatlar yalnız sizə aiddir

    SMS bildirişlərindən istifadə edərək ödənişlər və köçürmələr barədə məlumatları hər zaman yoxlayın. SMS bildirişlər yalnız atb bank abunəçisindən göndərilir

    həmçinin, xidmət keyfiyyətini yaxşılaşdırmaq məqsədilə sorğularımız SMS vasitəsilə atb bankdan sizə göndərilir

  • sms təhlükəsizlik

    SMS bildiriş xidməti – həyata keçirilmiş kart əməliyyatları barədə bankdan məlumat almaq üçündür. bu xidmətə qoşulduqda Azər Türk Bank abunəçisindən avtomatik SMS alacaqsınız. Xidmətdən etibarlı istifadə üçün aşağıdakı sadə qaydalara əməl edin:

    həmişə telefonunuza çətin şifrə təyin edin. bu, telefonunuz oğurlandıqda, itirildikdə vəsaitlərinizin dələduzlar tərəfindən ələ keçirilməsini çətinləşdirəcək

    mobil telefon nömrənizi dəyişərkən bu barədə dərhal banka məlumat verib SMS bildirişlər üçün nömrənizi yenisi ilə əvəzləyin. əks halda nömrənin yeni sahibi bank məlumatlarınızı oxuya bilər

    telefonunuz itərsə, bankı bu barədə dərhal məlumatlandırın. SMS bildiriş xidmətinin müvəqqəti bloklanmağını tələb edin

    heç vaxt kənar nömrədən SMS bildiriş xidmətinə qoşulmayın

    dələduzlar özlərini “bank əməkdaşları” kimi qələmə verərək Sizdən bunu etməyinizi istəyə bilərlər. bankın adından şübhəli SMS və ya elektron məktub aldıqda dərhal 945 qısa nömrəsi ilə əlaqə saxlayın

    sizin adınızla aparılmış şübhəli əməliyyatlar qeydə alındıqda bank əməliyyatlarına girişiniz müvəqqəti bloklana bilər. əgər hər şey qaydasındadırsa və əməliyyatları həqiqətən özünüz aparmısınızsa, sadəcə bankla əlaqə saxlayıb bu barədə məlumat verin

  • bankomatlardan istifadə

    PIN kodu daxil edərkən bankomatın qarşısında elə dayanın ki, başqaları klaviaturanı görə bilməsin

    kömək üçün kənar şəxslərə müraciət etməyin

    ATM üzərində yad cihazların olub-olmadığını yoxlayın

    əsasən, ictimai yerlərdə (dövlət idarələri, ticarət mərkəzləri, ofis binaları) quraşdırılmış bankomatlardan istifadə etməyə çalışın

    əgər yaxınlıqda şübhəli şəxs varsa, bankomatdan istifadə etməyin

    növbədə sizdən əvvəlki müştərinin əməliyyatı tam başa çatdırdığına əmin olun. tam əminlik üçün “Ləğv et” düyməsini basa bilərsiniz

    kart qaytarılmadıqda banka və ya ATM-də göstərilən telefon nömrəsinə zəng edin

  • rəqəmsal təhlükəsizlik

    tanış olmayan və ya şübhəli linklərə klik etməyin: dələduzlar kompüterinizə və ya smartfonlarınıza virus salaraq məlumatlarınızı əldə etmək üçün bu cür linklərdən istifadə edirlər

    yalnız App Store və Google Play-dən rəsmi tətbiqləri yükləyin

    antivuris quraşdırın

    telefonunuzda həmişə yüksək çətinlik dərəcəsinə malik şifrədən istifadə edin

    biz müştərilərimizə heç zaman şəxsi bank məlumatlarının daxil edilməsi tələb olunan ismarıclar, yaxud elektron məktublar göndərmirik

    şəxsi bank məlumatlarının təsdiqlənməsi, yenilənməsi və ya təqdim edilməsi üçün də heç bir sorğu göndərmirik

    bank adından şübhəli SMS və ya elektron məktub aldıqda bununla bağlı dərhal 945 qısa nömrəsi vasitəsilə bizimlə əlaqə saxlamağınızı xahiş edirik

  • kartdan istifadə

    heç vaxt özünüzün iştirakınız olmadan kartı kənar şəxslərə (kassir, ofisiant və b.), həmkarlarınıza, qohumlarınıza, uşaqlarınıza istifadə üçün verməyin

    kartınızın PIN kodunu və ya CVV kodunu heç kimə bildirməyin, eləcə də yazaraq göndərməyin

    internet saytlarında heç vaxt PIN kodu daxil etməyin

    kartınızı itirdikdə, kart oğurlandıqda, yaxud kart məlumatlarınızın dələduzlar tərəfindən ələ keçirilməsinə şübhə yarandıqda dərhal bankla əlaqə saxlayaraq və ya ATB360 tətbiqindən istifadə edərək kartı bloklayın

    kart məlumatlarınızdan ümumi kompüterlərdə və ya ödənişsiz Wi-Fi rejimində istifadə etməyin. bu halda dələduzlar kart məlumatlarınızı ələ keçirə bilərlər

    SMS bildiriş xidmətini mütləq aktivləşdirin. belə etdikdə günün istənilən vaxtında kart əməliyyatlarınız barədə məlumat alacaqsınız

    kartla ödəniş uğursuz başa çatdıqda çekin bir nüsxəsini götürüb saxladığınızdan əmin olun

  • 3D secure nədir və nə üçün istifadə olunur?

    3D-Secure – kartla onlayn ödənişlərin təhlükəsizliyini təmin edən xüsusi texnologiyadır. belə ki, onlayn alış-veriş zamanı müştəridən kart məlumatları tələb edilir, bu məlumatlar kartın özündə yazıldığından onları oğurlamaq çox asandır. 3D-Secure isə kartın həqiqi sahibini müəyyənləşdirmək üçün daha bir əməliyyat əlavə edir. internetdə alış-veriş zamanı ödəniş əməliyyatının son mərhələsində müştərinin mobil telefonuna SMS vasitəsilə xüsusi kod göndərilir. əməliyyat yalnız bu kod daxil edildikdən sonra təsdiqlənərək başa çatdırılır

    eyni vaxtda həm kart məlumatlarını ələ keçirmək, həm də kart sahibinin telefon nömrəsini tapmaq çox çətindir. amma bu tam mümkünsüz də deyil. ona görə də bütün hallarda ehtiyatı əldən verməyin – gizli kodunuzu heç kimlə bölüşməyin. koddan yalnız özünüz və yalnız ödənişi rəsmi təsdiqləyən səhifələrdə istifadə edə bilərsiniz