BMT-nin Baş Məclisi tərəfindən 1992-ci ildə ahılların müdafiəsi ilə bağlı qəbul edilən Qətnaməyə uyğun olaraq, hər il oktyabrın 1-i dünyada, o cümlədən Azərbaycanda Beynəlxalq Ahıllar günü kimi qeyd olunur.
Ahıllara qayğı və ehtiram ölkəmizdə aparılan sosial siyasətin mühüm istiqamətlərindən biridir.
Fədakar əməlləri və ləyaqətli ömür yolu ilə cəmiyyətimizə nümunə olan ahıllarımızın ən böyük sərvəti onların zəngin həyat təcrübəsidir. Biz də ahıllarımızla həmsöhbət olaraq, onların könlünü xoş etməyə çalışdıq, sağlam və aktiv həyat tərzinin təşviqi məqsədilə idman sahələrində zəruri avadanlıqların təmin olunmasına dəstək göstərdik.
Ahıllara hər zaman cəmiyyətimizin dəyərli üzvləri kimi yüksək rəğbət və dərin hörmətlə yanaşmalıyıq.