Hörmətli müştərilər, AR Nazirlər Kabinetinin müvafiq qərarı ilə 2025-ci il 08-11 noyabr tarixləri arası ölkə ərazisində qeyri-iş günləri elan edilmişdir.
Bununla əlaqədar bildiririk ki, Bankın “Rəqəmsal”, “Rəqəmsal 3”, “Rəqəmsal 6”, “Rəqəmsal 9” və “Rəqəmsal 10” filialları 10 noyabr 2025-ci il tarixində saat 10:00-dan 14:00-a qədər fəaliyyət göstərəcəkdir. 11 noyabr tarixində isə saat 10:00-dan 14:00-a qədər bütün rəqəmsal filiallarımız müştərilərə xidmət göstərəcəkdir.
12 noyabr tarixindən fəaliyyətimizi davam etdirəcəyik.
Bayramlarınızı təbrik edir, ailənizə firavanlıq arzulayırıq.