Dövlət bankı Azər Türk Bank cari ilin 28 noyabr tarixindən etibarən yeni kampaniyaya başlayır.
Kampaniya ərzində atb card debet, atb premium və yeni nəsil əməkhaqqı kartlarının sahibləri ölkə daxilində geyim və aksessuar, elektronika mağazalarında Google Pay və Apple Pay vasitəsilə təmassız ödənişlər zamanı 5% həcmində cashback əldə edəcəklər.
“Temu” və “Trendyol” platformalarında alış-veriş edən müştərilər həm ölkədaxili, həm də ölkəxarici ödənişlər zamanı eyni həcmdə cashback qazanacaqlar.
Kampaniya zamanı müştəriyə hesablanacaq maksimum cashback limiti 50 manat səviyyəsində müəyyən edilmişdir.
“atb friday” 2025-ci il 30 noyabr daxil olmaqla, həmin tarixədək davam edəcəkdir.