Müştərilərin nəzərinə çatdırırıq ki, 9 mart 2026-cı il tarixindən etibarən Banka aid atb kart debet, yeni nəsil əmək haqqı kartları və premium ödəniş kartları vasitəsilə aparılan əməliyyatlar üzrə xidmət haqqı tariflərində aşağıda qeyd olunan dəyişikliklər ediləcək:
atb debit kartları üzrə Card to Card xidməti, atb360 mobil tətbiqi, pay.atb.az, atb.az/c2c vasitəsilə (ölkədaxili) edilən əməliyyatlar üzrə:
- Ay ərzində 2,000 AZN-dək – 0%
- 2,000 AZN-dən yuxarı – 1% (min.1AZN)
- Banka məxsus ödəniş kartlarına edilən Card to Card üzrə – 0%
- Rəsmiləşdirilmiş kredit üzrə mədaxil edilmiş məbləğ həcmində – 0%
Azər Türk Bankın ATM və POS-terminallarında nağdlaşdırma üzrə:
- Ay ərzində 5,000 AZN-dək – 0%, 5000 AZN-dən yuxarı -1% (min.1AZN)
- Rəsmiləşdirilmiş kredit üzrə mədaxil edilmiş məbləğ həcmində – 0%
Azərbaycan ərazisində digər bankların ATM və POS–terminallarında aparılan əməliyyatlara görə:
- Nağdlaşdırma – 1,5% (min. 2 AZN)
AZN valyutasında olan debet kartların qalığına gəlir:
- 1000 AZN-dək illik 7%, 30,000 AZN-dək illik 5.5% (nəzərdə tutulan minimum məbləğ 500 AZN, maksimal məbləğ isə 30,000 AZN-dir)
atb yeni nəsil əməkhaqqı kartları üzrə debet qalığına gəlir:
- 1000 AZN-dək illik 8%, 30,000 AZN-dək illik 5.5% (nəzərdə tutulan minimum məbləğ 500 AZN, maksimal məbləğ isə 30,000 AZN-dir)
atb premium kartları ilə aparılan əməliyyatlara görə:
- Azər Türk Bankın ATM-ləri vasitəsilə nağdlaşdırmaya görə xidmət haqqı -1% (min. 1 AZN/USD/EUR/GBP)
- Debet qalığına gəlir 3000 AZN-dək illik 9%, 50,000 AZN-dək illik 6% (nəzərdə tutulan minimum məbləğ 1,000 AZN, maksimal məbləğ isə 50,000 AZN-dir)
Fiziki şəxslərin Banka məxsus ödəniş kartları arasında aparılan Card to Card əməliyyatları zamanı əməliyyat sayı üzrə limitlərin qüvvədə saxlanılması şərtilə xidmət haqqı tutulmadan icra ediləcəkdir.