atb ilə tərəfdaş olmayan şəbəkələrdə aparılan əməliyyatlar üzrə cashback şərtləri yenilənəcək

siyahıya qayıt

Müştərilərin nəzərinə çatdırırıq ki, 1 mart 2026-cı il tarixindən etibarən Banka aid atb kart debet, atb kart kredit, atb kart depozit, yeni nəsil əməkhaqqı kartları və premium ödəniş kartları vasitəsilə tərəfdaş olmayan şəbəkələrdə aparılan əməliyyatlar üzrə mövcud cashback şərtləri qüvvədən düşməklə cashback mexanizminin aşağıdakı şəkildə yenilənməsi həyata keçiriləcəkdir.

Cashback tətbiq ediləcək sahələr:

  • SOCAR yanacaqdoldurma məntəqələri
  • Araz supermarketlər şəbəkəsi
  • Temu və Trendyol
  • Restoranlar (ölkə daxili və ölkə xaricində)

Cashback limitləri:

  • Müştərinin ay ərzində hər bir sahə üzrə əldə edə biləcəyi maksimum cashback məbləği – 15 AZN
  • Müştərinin ay ərzində ümumi maksimum cashback məbləği – 60 AZN
  • Ay ərzində minimum cashback məbləği – 1 AZN (1 AZN-dən aşağı olan cashback məbləğləri hesaba köçürülməməsi şərti ilə)

Cashback hesablanma qaydası:

Hər bir sahə üzrə müştərinin aylıq dövriyyəsinə əsasən hesablanma qaydası:

  • 0 – 150 AZN (daxil olmaqla) – 1%
  • 151 – 300 AZN – 3% (yalnız 150 AZN-dən yuxarı olan hissəyə tətbiq edilir)
  • 300 AZN-dən yuxarı – 6% (yalnız 300 AZN-dən yuxarı olan hissəyə tətbiq edilir)

Geri ödəniş əməliyyatlarından əsas əməliyyat məbləğini müəyyən etmək mümkün olmayan əməliyyatlar üzrə, cari ay ərzində hesablanan cashback məbləğindən geri ödəniş edilən əməliyyat məbləğinin 1% həcmində azaldılma olacaq.

28.02.2026