Azər Türk Bankdan uşaqlar üçün 20% cashback kampaniyası

siyahıya qayıt

Dövlət bankı Azər Türk Bank Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə atb Junior kartı ilə ödənişlər üzrə kampaniyaya başlayır.

Belə ki, 30 may 2026-cı il tarixindən etibarən ölkə daxilindəki:

  • əyləncə mərkəzlərində
  • oyuncaq mağazalarında
  • kitab mağazalarında
  • kinoteatrlarda
  • teatrlarda

atb Junior kartı ilə ödənişlər zamanı müştəri 20% həcmində cashback qazanacaqdır. Hesablanacaq maksimum cashback limiti 10 manat həcmindədir.

Kampaniyanın müddəti 3 iyun daxil olmaqla həmin tarixədəkdir.

Qeyd edək ki, atb Junior kartı 6-16 yaş arası uşaqlar üçün nəzərdə tutulmuşdur. Beşillik xidmət müddətli atb Junior kartını valideynlər Bankın saytında ödənişsiz onlayn sifariş verə bilərlər. Xatırladırıq ki, atb Junior kartlarındakı qalıq vəsaitə illik 6% gəlir hesablanır.

30.05.2026