ATB-nin dəstəyi ilə uşaqlar Qarabağı ziyarət etdilər

siyahıya qayıt

ATB “Əlil Körpələrə Yardım” İctimai Birliyi ilə birgə sağlamlıq imkanları məhdud uşaqlar və onların valideynləri üçün Qarabağa ekskursiya təşkil etdi.

Səfər çərçivəsində iştirakçılar Xankəndi, Şuşa və Ağdam şəhərlərində olublar, tarixi və mədəni məkanları ziyarət ediblər. İki günlük proqram müddətində uşaqlar üçün müxtəlif gəzinti və istirahət imkanları yaradılmış, onların xoş və yaddaqalan vaxt keçirmələri təmin edilmişdir.

ATB korporativ sosial məsuliyyət prinsipləri çərçivəsində sosial baxımdan həssas qruplara dəstək məqsədilə müxtəlif layihə və təşəbbüslər həyata keçirir və bu istiqamətdə fəaliyyətini davam etdirir.

https://youtu.be/bvVE6bzsuCQ?si=Z6AqhnHd68Qeay8X

27.10.2026