Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar

siyahıya qayıt

Dövlət bankı Azər Türk Bank atb360 mobil tətbiqini yeniləyərək müştərilərinə daha geniş rəqəmsal bankçılıq imkanları təqdim edir. Yenilənmiş dizaynı, yüklənməni sürətləndirən optimallaşdırma əlavələri və yeni funksiyaları ilə atb360 istifadəçilərin gündəlik bank əməliyyatlarını daha rahat həyata keçirməsinə imkan yaradır. Tətbiqin əsas yeniliklərindən biri ATB müştərilərinin ailə üzvləri üçün nəzərdə tutulmuş Ailə bankçılığı funksiyasının istifadəyə verilməsidir.

Ailə bankçılığı – bank xidmətlərinə yeni yanaşma

Ailə bankçılığı bir ailənin bütün üzvlərinin maliyyə vəsaitlərini, xərclərini və qənaətlərini vahid bir platforma və ya ortaq hesablar üzərindən rahatlıqla idarə etməsini mümkün edir.

Eləcə də sistem kart sahibinin ailə üzvləri üçün kart limitlərini təyin etmək, ailə fərdlərinin xərclərini görmək, kartları aktiv və deaktiv etməsinə imkan verir.

Bu sistem həmçinin valideynlərin kart sahibi olan uşaqlarının xərclərinə nəzarətini asanlaşdırır. Valideyn tətbiq vasitəsilə övladının gündəlik, həftəlik xərc limitini təyin edir və onun xərcləmə tarixçəsini görə bilir.

Daha geniş rəqəmsal imkanlar

Yenilənmiş tətbiq vasitəsilə ƏDV geri almaq, AniPay xidmətindən istifadə etmək, QR əməliyyatları aparmaq və mövcud depozitlər haqqında məlumat əldə etmək mümkündür.

Bununla yanaşı, müştərilər olduqları yerdən, filiala getmədən atb360 vasitəsilə onlayn krediti anında sərfəli şərtlərlə əldə edə bilərlər.

atb360 tətbiqini App Store və ya Google Play üzərindən yükləmək və son versiyanı yeniləmək olur.

30.10.2026