kartlar üzrə xidmətlər

kartlar üzrə xidmətlər

ödəniş kartının balansını necə artırmaq olar?

 

bankın cash-in tipli bankomatları vasitəsilə

  • kartı bankomata daxil edin
  • xidmət olunacaq dili seçin
  • “PİN” kodu daxil edin
  • menyudan “Cash in” əməliyyatını seçin
  • karta mədaxil ediləcək əskinasın valyutasını seçin
  • əskinasları bankomatın müvafiq hissəsinə daxil edərək təsdiq edin
  • bankomat tərəfindən çek təqdim olunacaq və mədaxil haqqında SMS bildiriş göndəriləcəkdir
 

MilliÖN və e-manat terminalları vasitəsilə

  • menyudan “Bank xidmətləri”ni seçin
  • açılmış siyahıdan “Azər Türk Bank”ı seçin
  • “Ödəniş məlumatı” pəncərəsindən “AzerTurkBankNumber” bəndini seçin
  • mədaxil ediləcək kartın 16 rəqəmini daxil etməklə terminala pul əskinası daxil edərək əməliyyatı tamamlayın
  • sayt vasitəsilə balans artırılan zaman mədaxil ediləcək kartın 16 rəqəmi daxil edildikdən sonra məbləğ qeyd olunur və həmin vəsaitin silinəcəyi kartın tələb olunan məlumatları daxil edilir
 

“kartdan karta” xidməti vasitəsilə

  • kartdan karta səhifəsinə daxil olmaqla, atb360 mobil tətbiqi və ya bankın ATM-lərindən “kartdan karta” xidməti vasitəsilə digər banklar tərəfindən emissiya edilmiş kartdan Azər Türk Banka məxsus kartın balansı artıra bilərsiniz
  • yuxarıda qeyd edilən bütün hallarda karta mədaxil edilən vəsait dərhal balansda əks olunur
 

card to card — kartdan karta xidməti

 

bankın ATM-ləri vasitəsilə

  • kartı bankomata daxil edin
  • xidmət olunacaq dili seçin
  • “PİN” kodu daxil edin
  • ekranda əks olunmuş menyudan “kartdan karta köçürmə” bəndini seçin
  • köçürmənin valyutasını seçin
  • vəsaiti qəbul edəcək şəxsin kartının üzərində əks olunmuş 16 rəqəmli nömrəni daxil edin
  • köçürmə ediləcək məbləği daxil edərək təsdiq edin
  • əməliyyat uğurla tamamlandığı zaman bankomat tərəfindən çek təqdim olunacaq və mədaxil haqqında SMS bildiriş göndəriləcəkdir
 

atb 360 mobil tətbiqi vasitəsilə

  • “vəsaitlərim” bölməsindən köçürmənin silinəcəyi kart hesabınıza daxil olun
  • ekranda əks olunmuş menyudan “köçürmə” bəndini seçin
  • vəsaiti qəbul edəcək şəxsin kartının üzərində əks olunmuş 16 rəqəmli nömrəni daxil edin və “növbəti” düyməsini seçin
  • köçürmə ediləcək məbləği daxil edərək təsdiq edin
 

atb.az saytı vasitəsilə

  • kartdan karta səhifəsinə daxil olub köçürmənin silinəcəyi kartın və vəsaiti qəbul edəcək kartın məlumatlarını daxil edərək təsdiqləyin

faydalı məlumat

  • müştəri ödəniş kartının PİN-kodunu unutduğu halda nə etməlidir?

    • Azər Türk Bankın filial/şöbələrinə müraciət etməlidir
    • filial əməkdaşları tərəfindən həmin kartın statusu dəyişdirilərək “Forced PİN Change” təyin edilir
    • müştəri bankomata yaxınlaşaraq kartı daxil edir
    • SMS Bildiriş vasitəsilə telefonuna daxil olmuş kodu bankomata yığıraq yeni PİN kod daxil edir
    • yeni daxil edilən PİN kod təkrar daxil edilərək təsdiq edilir
    • müştəriyə PİNSMS bildiriş xidmətinin dəyişdirilməsi barəsində bankomat tərəfindən çek təqdim olunur və mobil nömrəyə məlumat göndərilir
  • müştəri ödəniş kartının PİN-kodunu dəfələrlə səhv yığılması səbəbindən bloklandığı halda hansı vasitələrlə bərpa edə bilər?

    1. 945 və ya WhatsApp +994 55 777 09 45 nömrəsinə müraciət etməklə
    2. filial/şöbəyə müraciət etməklə