Azər Türk Bankdan müştərilər üçün sərfəli atb premium kartı

siyahıya qayıt

Dövlət bankı Azər Türk Bank müştərilərinə yeni məhsul – atb premium kartı təklif edir. Mastercard world black edition olaraq təqdim olunan bu kartlar 3 il müddətinədək rəsmiləşdirilə bilər. Üç illik xidmət haqqı 300 manat səviyyəsində müəyyənləşdirilmişdir.

Xüsusilə səyahətlər üçün çox əlverişli olan atb premium kartı əhəmiyyətli üstünlüklərə malikdir. Belə ki, kart sahibi və onun ailəsi üçün 115 000 avro məbləğinədək səyahət sığortasına təminat verilir. Bundan əlavə 24/7 konsyerj xidməti göstərilir və hava limanlarının «business LoungeKey» zallarına ödənişsiz giriş imkanı əldə edilir.

Bundan əlavə, atb premium kart sahibləri xaricdə hotel rezervasiyası zamanı qiymətin 60% həcmində güzəşt və alış-veriş zamanı cashback qazanırlar. Bu kart vasitəsilə ölkə daxilində də endirimlərdən faydalanmaq mümkündür.

atb premium kartına sahib olmaq istəyən şəxslər Bankın internet səhifəsində online qaydada sifariş verə bilərlər.

Qeyd edək ki, karta 15 000 AZN/USD/EUR/GBP məbləğində ilkin mədaxil edildikdə atb premium kartı müştəriyə 3 il müddətinə Bank tərəfindən hədiyyə edilir.

26.07.2023