Təhlükəsiz və rahat Google Pay Azər Türk Bankda

siyahıya qayıt

Dövlət bankı Azər Türk Bank Google Pay təmassız ödəniş xidmətini Mastercard və Visa kart sahibi olan müştərilərinin istifadəsinə verdi.

Bankın müştəriləri Android əməliyyat sistemli mobil cihaz vasitəsilə bu xidmətin üstünlüklərindən faydalana biləcəklər.

Google Pay istifadəçilərə ticarət və xidmət obyektlərində, eləcə də  təmassız ödənişlərin aktiv olduğu hər yerdə, həmçinin internet üzərindən də ödəmələri rahat və təhlükəsiz yerinə yetirmək imkanı yaradır. Bu halda elktlektron cihaz POS-terminala yaxınlaşdırılır və ödəniş tamamlanır.

Google Pay-ə necə qoşulmaq olar?

Kart seçin

atb360 mobil tətbiqində Google Pay sisteminə əlavə edəcəyiniz kartı seçin

Google Pay-ə əlavə edin

“GPay-ə əlavə etmək” düyməsinə toxunun

Təsdiqləyin:

İstifadə şərtləri ilə tanış olduğunuzu və qəbul etdiyinizi təsdiqləyin

Google Wallet-ə bir neçə atb kart əlavə edə bilərsiniz. Əsas kart əlavə edilən ilk kart olacaq. Parametrlərdə əsas kartı istənilən vaxt digəri ilə əvəz etmək mümkündür

Google Wallet Google Play-dən yüklənilir. Google Wallet ağıllı saat və NFC funksiyalı digər Android cihazlarını dəstəkləyir

Qeyd edək ki, ödəniş zamanı təhlükəsizliyin təmin olunması məqsədilə kartınızın faktiki real məlumatları əvəzinə yaradılan unikal rəqəmsal identifikator – tokenlərdən istifadə edilir.

26.07.2023