Dövlət bankı Azər Türk Bank Novruz bayramı günlərində müştərilərinə hədiyyə olaraq Google Pay və Apple Pay təmassız ödəniş sistemləri vasitəsilə ölkə daxilində aparılan əməliyyatlar üzrə kampaniyaya başlayır.
Belə ki, 18 mart tarixindən etibarən marketlərdə, kulinariya, geyim, aksesuar mağazalarında, restoranlarda, eləcə də YDM və səhiyyə obyektlərində mobil cihazlar vasitəsilə təmassız ödənişlər zamanı Azər Türk Bankın müştərilərinə 5% həcmində cashback hesablanacaqdır.
Kampaniya dövrü ərzində müştəriyə hesablanacaq maksimum cashback limiti 200 manat səviyyəsində müəyyən edilmişdir.
Kampaniyanın müddəti 30 mart daxil olmaqla həmin tarixədəkdir.