Azər Türk Bank korrupsiyaya qarşı maarifləndirmə təlimləri təşkil etdi

siyahıya qayıt

“Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”na əsasən Azər Türk Bank tərəfindən korrupsiya hallarının qarşısının alınması istiqamətində müvafiq tədbirlər həyata keçirilib.

Belə ki, martın 18-də bank filiallarının bütün əməkdaşları üçün korrupsiyaya qarşı mübarizə üzrə təlim keçirilib.

Həmçinin, bütün bank işçilərinin tanış olması üçün bankın daxili saytı intranetdə “Korrupsiyaya qarşı mübarizə” adlı ətraflı məlumat yerləşdirilib.

18.03.2024