atb360 mobil tətbiqində daha bir yenilik

siyahıya qayıt

Nəzərinizə çatdırırıq ki, Bankın kartları ilə aparılan onlayn əməliyyatların təsdiqi üçün SMS-lə göndərilən birdəfəlik təhlükəsizlik kodları (OTP) ilə yanaşı mobil tətbiqdə də təsdiqi üçün yeni imkan yaradılmışdır.

Belə ki, əməliyyatın təsdiqi zamanı mobil tətbiq istifadəçisinə Push-bildiriş göndərilir, bildirişə keçdikdə əməliyyat barədə məlumat əks edilir və təsdiq yaxud imtina etmək imkanları verilir. Həmçinin ödənişin həyata keçirildiyi səhifədə əməliyyatdan imtina etmək və ya OTP kodun SMS-lə əldə edilməsini seçmək imkanları vardır.

Qeyd edək ki, ödənişin mobil tətbiqdə təsdiq edilməsindən sonra ödəniş səhifəsinə qayıtmaq zəruridir. Çünki mobil tətbiqdə ödənişi təsdiq edib ödəniş səhifəsinə qayıtmadıqda və ya ödəniş səhifəsi qapatıldıqda, sessiya bitmiş hesab edildiyi səbəbindən ödəniş icra edilməyəcəkdir.

21.01.2025