Azər Türk Bank “səsiniz bankdan gəlsin” təcrübə proqramını elan edir

siyahıya qayıt

Proqram iştirakçıları Bankımızın Müştəri Əlaqələrinin İdarə Edilməsi Mərkəzində fəaliyyət göstərməklə və müştərilərlə birbaşa ünsiyyətdə olmaqla təcrübə qazanmaq imkanı əldə edəcəklər.

Təşəbbüskar, məsuliyyətli, güclü ünsiyyət bacarığı və öyrənmək həvəsində olan şəxslər “səsiniz bankdan gəlsin” proqramında iştirak üçün Bankımıza müraciət edə bilərlər.

Təcrübə proqramının müddəti 1-3 aydır.

17.10.2024