atb card debit kartlarının xidmət haqları üzrə tariflərdə yenilənmə

siyahıya qayıt

Müştərilərin nəzərinə çatdırırıq ki, atb card debit kartlarının xidmət haqları üzrə tariflər 2024-cü il 02 dekabr tarixindən etibarən yenilənəcəkdir.

Belə ki, rəqəmsal atb card debit kartlarının əldə edilməsi tamamilə ödənişsiz olacaqdır. Yeni kartı hər kəs mobil telefonuna ödənişsiz olaraq yüklədiyi atb360 tətbiqi vasitəsilə sifariş verə bilər. Kartın çap versiyası üzrə xidmət haqqı 15 manat məbləğində nəzərdə tutulmuşdur və Bankın filiallarında almaq mümkündür. Kartın valyutası AZN, xidmət müddəti 5 ildir.

Xatırladırıq ki, rəqəmsal kart vasitəsilə rahatlıqla onlayn ödənişlər həyata keçirə və kartı Google Pay və Apple Pay cüzdanlarına əlavə etməklə təmassız ödənişləri icra etmək olar.

21.11.2024