atb debet kartı üzrə əməliyyatlarda limitlər ləğv edildi

siyahıya qayıt

Milli valyutada olan atb debet kartları vasitəsilə Azər Türk Banka məxsus ATM və POS-terminallarda aparılan məxaric, eyni zamanda card to card əməliyyatlarında və onlara dair tariflərdə  bir sıra yeniliklər edilmişdir.

Belə ki, atb debet kartıvasitəsilə nağdlaşdırma məbləğinə tətbiq edilən 20 000 manatlıq aylıq limit cari ilin 01 oktyabr tarixindən etibarən ləğv edilir.

Göstərilən tarixdən başlayaraq müştərilər Bankın POS-terminal və bankomatlarında bir ay ərzində 20 min manatdan artıq məbləğdə və ya onun xarici valyuta ekvivalentində məxaric əməliyyatlarını 0,5% komissiya qarşılığında yerinə yetirə biləcəklər.

Qeyd edək ki, 20 000 manatadək məbləğdə aparılan məxaric əməliyyatları üzrə heç bir xidmət haqqı nəzərdə tutulmamışdır.  

Həmçinin card to card xidməti, atb360 mobil tətbiqi, pay.atb.az, vasitəsilə edilən əməliyyatlar üzrə aylıq 20 000 manatlıq limit Bank tərəfindən ləğv edilir.

atb debet kart sahibləri indi ayda 10 000 manatdan artıq məbləğdə və ya ona bərabər xarici valyuta  həcmində əməliyyatları sadəcə 0,5% komissiya ilə həyata keçirə biləcəklər.

Ayda 10 000 manatadək və ona bərabər xarici valyuta həcmində əməliyyatlar üzrə xidmət haqqı 0% səviyyəsində qalır.

16.09.2024