Dələduzlardan ehtiyatlı olun

siyahıya qayıt

Məlumat üçün bildiririk ki, naməlum şəxslər tərəfindən dələduzluq məqsədilə sosial şəbəkələrdə Azər Türk Bankın adından, guya 500 AZN hədiyyə qazandıran, saxta lotoreya elanları yerləşdirilir.

Vətəndaşların diqqətinə çatdırırıq ki, bu elanların Bankımıza heç bir aidiyyəti yoxdur. Bizim elanlarımız və ya Bankın fəaliyyəti ilə bağlı digər məlumatlar bir qayda olaraq Azər Türk Bankın saytında, sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrində yerləşdirilir. 

Bu kimi hallarla rastlaşdıqda dərhal Bankın WhatsApp (055) 7770 945, yaxud 945 nömrəli Çağrı Mərkəzi ilə əlaqə saxlamağınız xahiş olunur.

05.04.2024