Dələduzların “tələsinə” düşməyin

siyahıya qayıt

Kart sahibi olan müştərilərimizin diqqətinə çatdırırıq ki, son dövrdə yeni dələduzluq növü yayılıb.

Belə ki, dələduzlar tərəfindən saxta reklamlar yaradılaraq müxtəlif brendlərin adı altında baha məhsulları həddindən artıq ucuz qiymətə ödəniş kartı sahiblərinə təklif edirlər. Saxta reklama keçid edib ödənişi yerinə yetirən kart sahibinin bütün kart məlumatları fırıldaqçıların əlinə keçir. Nəticədə, əvvəlcə kiçik məbləğlərdə, bir neçə gün sonra isə böyük miqdarda vəsaitlər kartdan oğurlanır.

atb kart sahiblərini bu kimi şübhəli reklamlara aldanmamağa, vəsaitlərinin dələduzlar tərəfindən ələ keçirilməsinə şərait yaratmamağa səsləyirik.

21.01.2025