Azər Türk Bank əmanətlər üzrə faizləri 11%-dək artırdı

siyahıya qayıt

Dövlət bankı Azər Türk Bank qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə milli valyutada “Klassik” əmanət üzrə kampaniyaya başlayır.

Kampaniya ərzində Bank tərəfindən qəbul edilən əmanətlərin faiz dərəcələrinin illik 11%-dək artırılması barədə qərar verilmişdir.

Xatırladırıq ki, hər bir əmanətçiyə atb card hədiyyə edilir.

Cari ilin 11 dekabrında başlanan kampaniya 15 yanvar 2024-cü il tarixinədək davam edəcəkdir.

Əmanət sahibləri, həmçinin, əmanət məbləğinin 90%-i həcminədək kredit xətti əldə edə bilərlər.

Kampaniyadan yararlanmaq istəyən şəxslər Bankın internet səhifəsində onlayn qaydada sifariş verə bilərlər.

11.12.2023