“Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”na əsasən Azər Türk Bank tərəfindən korrupsiya hallarının qarşısının alınması istiqamətində müvafiq tədbirlər həyata keçirilib.
Belə ki, martın 18-də bank filiallarının bütün əməkdaşları üçün korrupsiyaya qarşı mübarizə üzrə təlim keçirilib.
Həmçinin, bütün bank işçilərinin tanış olması üçün bankın daxili saytı intranetdə “Korrupsiyaya qarşı mübarizə” adlı ətraflı məlumat yerləşdirilib.