Azər Türk Bank kredit faizini endirdi

siyahıya qayıt

Dövlət bankı Azər Türk Bank bir il müddətinədək verilən istehlak kreditləri üzrə illik faiz dərəcəsini 10,5% səviyyəsində müəyyən edib.

Qeyd edək ki, 12 ay müddətinədək rəsmiləşdirilən kreditlər üzrə xidmət haqqı 0%-dir.

2 il müddətinədək verilən kreditlərin illik faiz dərəcəsi 15%-dir.

36 ayadək olan kreditlər illik 16%-lə, 48 aylıq kreditlər illik 17%-lə rəsmiləşdirilir.

Ortaaylıq rəsmi gəlirindən asılı olaraq, hər bir şəxsin zaminlə və ya zaminsiz ala biləcəyi kreditin maksimal məbləği 40 000 manatdır.

Azər Türk Bankın saytında krediti online sifariş vermək mümkündür.

Kampaniya 2025-ci il 30 sentyabr daxil olmaqla, həmin tarixədək davam edəcəkdir.

01.09.2025