Azər Türk Bankın prosessinq mərkəzi beynəlxalq təhlükəsizlik standartlarına tam cavab verir

siyahıya qayıt

Dövlət bankı Azər Türk Bankın prosessinq mərkəzində ödəniş kartları sahəsində tətbiq olunan “Payment Card Industry Data Security Standards” (PCI DSS) təhlükəsizlik standartlarının tələblərinin yerinə yetirilməsi ilə əlaqədar beynəlxalq şirkət tərəfindən aparılan audit başa çatmışdır.
Yoxlamaların nəticəsinə görə Azər Türk Bank ödəniş kartları sahəsində məlumatların təhlükəsizliyi PCI DSS 3.2.1 standartına tam uyğunluq sertifikatını əldə etmişdir
Bankın informasiya sistemində kartlarla ödənişlərin həyata keçirilməsində təhlükəsizliyin tam təmin olunduğu və sistemin beynəlxalq tələblərə cavab verdiyi təsdiq edilib.

19.01.2024