Azər Türk Bankın sərfəli kredit kampaniyası bitmədi

siyahıya qayıt

Dövlət bankı Azər Türk Bank illik 11%-dən başlayan istehlak kreditləri üzrə kampaniyanın müddətinin uzadılması barədə qərar verib.

Kampaniya zamanı 24 ayadək olan kreditlər müştərilərə 0% komissiya ilə verilir.

Fiziki şəxslərə 12, 24, 36 və 48 ayadək təklif edilən kreditlərin illik faiz dərəcəsi, müvafiq olaraq, 11%,13%,14%15% təşkil edir.

Xatırladırıq ki, bu yaxınlarda Sumqayıt şəhərində Azər Türk Bankın yeni filialı istifadəyə verilmişdir. Heydər Əliyev prospekti, 208C ünvanında yerləşən bu xidmət ofisində fiziki şəxslərə və kiçik və orta biznes sahiblərinə bütün növ bank xidmətləri göstərilir. Qeyd edək ki, fəaliyyətinin ilk addımlarını atan bu filialda istənilən müddətə götürülən istehlak kreditləri üzrə komissiya nəzərdə tutulmamışdır.

Ümumiyyətlə, hər bir fiziki şəxs orta aylıq rəsmi gəlirindən asılı olaraq, Bankdan zaminlə 40 000 manat məbləğinədək kredit ala bilər.

Azər Türk Bankın saytına daxil olmaqla krediti online sifariş vermək olar.

Kampaniya 2024-cü il 29 iyun daxil olmaqla qüvvədədir.

31.05.2024